Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“MURADOVUN BUNA HÜQUQU YOX İDİ...” - Paşinyanın partiyası yenə Rusiyaya “buynuz göstərdi”

 Müharibədən sonra ordumuz tərəfindən ələ keçirilən erməni diversantlarını İrəvana aparmalı olan təyyarənin boş qaytarılmasıyla bağlı gərginlik səngimir.

Yenixeber.org: Xatırladaq ki, həmin təyyarədə olan Rusiya sülhməramlılarının başçısı general Rüstəm Muradov “hərbi əsirlərin” qaytarılacağı ilə bağlı yayılan məlumatları qəzəbli şəkildə yalanlamış və Ermənistan hökumətini “yalan və provakasiya”da günahlandırmışdı.

Ermənistan mətbuatı xəbər verir ki, Baş nazir Nikol Paşinyana yaxın şəxslərdən biri və hakim partiyanın parlamentdəki ən fəal nümayəndələrindən sayılan Andranik Köçəryan Rüstəm Muradovun bəyanatına sərt şəkildə qarşılıq verib.

 

 

Köçəryan jurnalistlərə açıqlamasında deyib ki, general bu cür açlıqlamalar vermək hüququna malik deyil: “Muradovun belə bir bəyanat vermək hüququ yox idi.”

Ardınca Köçəryan eyham vurub ki, guya, hökumətin “əsirlərin” geri qaytarılacağı ilə bağlı gözləntiləri əsassız olmayıb və bununla bağlı hansısa “razılaşma” olub. Lakin sonradan o pozulub və “razılaşmanı” həyata keçirmək mümkün olmayıb.

Köçəryan iddia eddib ki, Muradovun Bakıya səfəri Paşinyanın Moskva səfərilə eyni vaxta təsadüf edirdi və “əsirlərin” qaytarılması məsələsi bu səfərdə müzakirə olunan əsas mövzulardan biri idi.

Jurnalistlərin son olaraq, erməni cəmiyyətinin Muradova, yoxsa Ermənistan hökumətinə inanmalı olduğuna dair sualına isə Paşinyanın adamı “hökumətə” deyə cavab verib.

Jurnalistlərin “belə çıxır ki, Muradov yalan danışır” sualına isə Köçəryan əsəbi şəkildə reaksiya verərək, onu cavablandırmağa cəsarəti çatmayıb.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam