Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Salyan Rayon İcra Hakimiyyətində həbslər başlanıb-qanunsuz torpaq satmaq

Salyan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - rayonun baş memarı Hüseynov Teyyub Safalı oğlu qanunsuz torpaq satmaqda ittiham olunur. 

Yenixeber.org: Baş memar barəsində Cinayət Məcəlləsinin Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham irəli sürülüb. 

Onun barəsində aparılan cinayət işinin ibtidai istintaq başa çatdırılıb və materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-nə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam