Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Nəsiminin icra başçısı Asif Əsgərov istintaqda dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Yenixeber.org: Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "FF" MTK-nın rəhbəri Tamilla İbrahimova ifadəsini davam etdirib.

O bildirib ki, 2012-ci ildə binanın tikilməsinə icazə verilsə də, 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 145-dəki evlərin sakinlərini köçürərək sökməyə başlayıb: “Daha sonra binanın ərazisi torlandı. Amma şəhərin baş memarı Akif Abdullayev əraziyə gələrək tikintinin saxladı, torları söküb apardı”.

2018-ci il oktyabrın 14-də Türkiyəyə əməliyyata getdim. Noyabrın 5-də mən əməliyyatdan qayıdanda bina tikilirdi. 2018-ci ilin dekabrında hələ iş gedirdi. Rasim Quliyevin sərəncamı isə 2018-ci ilin oktyabrında ləğv edilib. Amma ondan sonra tikinti davam edirdi”.

R.Quliyev deyib ki, onun sərəncamı ləğv edilsə də, tikinti davam etdirilib

Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.

Hakim bildirib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov ibtidai istintaqda dindirilib. Hər iki şəxs söyləyib ki, binanın tikilməsi, tikintinin dayandırılması ilə bağlı onlara heç bir məlumat verilməyib. Onlar qeyd ediblər ki, həmin bina Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olmayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam