Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rasim Quliyev hansı əməllərdə ittiham olunur?-ARAŞDIRMA

 

 

 Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbərinə CM-in iki maddəsi ilə ittiham irəli sürülüb

Yenixeber.org: Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq aparat rəhbəri Rasim Quliyev həbs olunub. Aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində təqsirləndirilən şəxs qismində tanınan R.Quliyev daha sonra idarənin əməkdaşları tərəfindən məhkəməyə aparılıb. Binəqədi rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Quliyevə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Rasim Quliyev özünü təqsirli bilməyib, məhkəmədə barəsində həbs qərarı verilməsi üçün prokurorun təqdimatına etiraz edib. O, Binəqədi rayon Məhkəməsinin həbs qərarından apellyasiya şikayəti verəcək.

Baş Prokurorluğun mətbuat xidməti Rasim Quliyevin həbs olunması xəbərini təsdiqləyib. Bu qurumdan bildirilib ki, həbsin səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, Bakı şəhər İcra Hakimiyyətinə Hacıbala Abutalıbov rəhbərlik etdiyi dövrdə orada çalışıb. Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub. Daha sonra Abutalıbovun əmri ilə aparat rəhbəri təyin edilib və uzun illər bu vəzifədə çalışıb.

Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, R.Quliyevi aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. R.Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib. BŞİH-dən uzaqlaşdırılandan sonra o, YAP Mərkəzi Aparatında işləyib.

Rasim Quliyev vaxtilə 29 saylı Səbail Seçki Dairəsinin sədri olub. Onun qardaşı Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasına (YAP) çox yaxın olan “Səs” qəzetinin baş redaktorudur.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam