Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukranya XİN Gürcüstana nota verib-SƏBƏB

 

 "Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ukrayna vətəndaşı olan Mixeil Saakaşvilinin 18 saylı Qldani penitensiar tibb müəssisəsinə köçürülməsinə və Ukrayna tərəfinə bu barədə məlumat verilməməsinə görə təəssüf duyur".

Yenixeber.org: Ukrayna XİN-in yaydığı bəyanatında belə qeyd olunub.

Bəyanatda Gürcüstan tərəfinə M.Saakaşvilini dərhal mülki tibbi müəssisəyə köçürməyə çağırış edilib.

Bildirilib ki, bu məsələ ilə əlaqədar bu gün Gürcüstan XİN-ə Ukrayna XİN tərəfindən rəsmi nota göndərilib.

Bəyanatda vurğulanıb ki, Ukrayna vətəndaşı olan M.Saakaşvilinin penitensiar tibbi müəssisədə bundan sonra da saxlanılması əlavə risklər və gərginlik yaradır.

"XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin ətrafında baş verən vəziyyəti xüsusi nəzarət altında saxlamağa davam edir", deyə bəyanatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam