Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zelenski Saakaşvilidən danışdı-"...hamı bununla məşğul olacağıq”

Zelenski Saakaşvilinin müdafiəsinə qalxıb

"​​Siz çox yaxşı bilirsiniz ki, mən daim Ukrayna prezidenti kimi Ukrayna vətəndaşlarının vətənə qayıdışı ilə məşğulam”.

Yenixeber.org: Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Tbilisidə həbsdən azad edilməsi ilə bağlı rəsmi Kiyevin atacağı addımlar barədə sualı cavablandırarkən deyib.

"Hakimiyyətin mənə verdiyi müxtəlif imkanlar var. Cənab Saakaşvili Ukrayna vətəndaşıdır, bu imkanlar həmçinin ona da aiddir. Xarici İşlər Nazirliyi və Gürcüstanda çalışan səfirliyimiz də daxil olmaqla, bütün qurumlar, Gürcüstanın Ukraynadakı səfiri, nazirlər kabinetləri arasında, baş nazirlər səviyyəsində hamı bununla məşğul olacağıq”, - prezident bildirib.

Zelenski qeyd edib ki, Saakaşvilinin Gürcüstana getmək qərarını yanlış hesab edir. Ukrayna lideri Saakaşvilinin Gürcüstana getməsi barədə məlumatsız olub. O, bu barədə kütləvi informasiya vasitələrindən xəbər tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam