Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlqar İbrahimoğlu sərbəst buraxılıb...

İlahiyyatçı İlqar İbrahimoğlu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində bir neçə saat şahid qismində dindirildikdən sonra oktyabrın 20-də gecə saat 2 radələrində sərbəst buraxılıb. 

Yenixeber.org: Bu barədə İbrahimoğlunun özü Facebook səhifəsində canlı yayımda bildirib.

O oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb.

“Mən hazırda sərbəstəm. Məni gəlib evimdən aparıblar. Bir neçə saat şahid qismində dindirilmişəm. Maraqlandırılan suallara cavab vermişəm. Geniş, ətraflı müzakirələr olub. Bütün sürəc boyunca çox peşəkar, korrekt davranılma olub. Hazırda mənə ünvanlanan bütün suallar, məsələlər cavablandırıldığı üçün sərbəst buraxılmışam,” o qeyd edib.

İbrahimoğlu həmçinin telefonuna bir neçə gün əlçatımlığı olmayacağını və bu səbəbdən ona telefon və sosial şəbəkələr vasitəsi ilə müraciət edilməməsini xahiş edib.

Bununla yanaşı, İlqar İbrahimoğlu hansı cinayət işi üzrə dindirilməsi və dindirilmənin detalları barədə məlumat verməyib. O həmçinin yenidən dindirilmə üçün dəvət edilib-edilməyəcəyini də deməyib.

Dövlət Təhlükəsizliyi Xidməti də ilahiyyatçının dindirilməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

İlahiyyatçının şahid qismində dindirilməsi İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxta təsadüf edir.

Ilqar Ibrahimoğlu bundan öncə 2003-cü ildə prezident seçkilərindən sonra həbs edilib. O 2004-cü ilin aprelində beş il şərti həbs cəzası ilə azadlığa buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam