Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AXCP fəalı sərbəst buraxılıb

 

AXCP fəalı sərbəst buraxılıb
Yenixeber.org: Arzuman Qurbanov 1 saat əvvəl sərbəst buraxılıb və ona Cinayət Məcəlləsinin 220-ci maddəsi (kütləvi iğtişaş) ilə saxladıqlarını bildiriblər. Bu barədə Meydan TV-yə Arzuman Qurbanov özü məlumat verib.
Arzuman Qurbanov bildirib ki, saxlanılarkən onunla sərt danışılsa da, əli qandallansa da, fiziki təzyiq olmayıb: "Mənə dedilər ki, sən adamları mitinqə çağırmısan, bu isə kütləvi iğtişaşa çağırışdır. Cavab verdim ki, 19 oktyabr aksiyasının icazəsiz olduğunu bilmirdim və izahat yazdım. Ondan sonra söylədilər ki, sosial şəbəkələrdə hakimiyyətə qarşı sərt ifadələr yazırsan, dayandırmalısan, bildirdim ki, mən bəyənmədiyim siyasətdən yazıram, polis olanda da haqsızlığa qarşı çıxmışam. Onlar mənim keçmiş polis zabiti olduğumu bilirdilər, bəlkə ona görə əl qaldırmadılar. Mən keçmiş polis zabiti olmuşam, 1991-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı müharibəyə görə Belarusdan vətənə qayıtdım və 1993-cü ilə qədər Kəlbəcərdə polis kimi döyüşdüm. Bir il sonra atəşkəs sazişi imzalandı, ardınca təqaüdə çıxdım”.
Arzuman Qurbanov ölkədən çıxışına qadağa qoyulduğunu bildirib: "Mənə dedilər ki, mitinqə çağırış etdiyin üçün ölkədən çıxışına qadağa qoyulub. Telefon nömrələrimi götürdülər, bazar ertəsi araşdıracaqlarını və ləğv edəcəklərinə vəd etdilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam