Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənistanda yeni atom elektrik stansiyası tikiləcək-Paşinyan açıqladı

Ermənistan yeni atom elektrik stansiyası tikməyi planlaşdırır

Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır.

Yenixeber.org: Bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən "Geopromining" şirkəti ilə yeni atom elektrik stansiyasının inşası üçün danışıqlara başladıq. Əlbəttə, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki atom elektrik stansiyası tamamilə şəxsi təşəbbüs ola bilməz", - Paşinyan deyib.

Ermənistanın Baş naziri əlavə edib ki, mis əritmə zavodu və yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacaq.

Qeyd edək ki, hazırda Metsamor atom elektrik stansiyası Ermənistanda fəaliyyət göstərir. Bu ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır.

Bu səbəbdən də Metsamor AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur.

1976-cı ildən fəaliyyət göstərən və artıq texnoloji cəhətdən ifrat köhnəlmiş Metsamor AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən sonra bağlanıb, 1995-ci ildə isə beynəlxalq birliyin ciddi tənqid və etirazlarına baxmayaraq, yenidən işə salınıb. Hazırda stansiyanın gücü artırılsa da, təhlükəsizlik qaydalarına əməl olunmur.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam