Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməidir!-Politoloqdan təklif

Tehranın molla rejiminin mahiyyətini ifşa etməkdən çəkinən Qafqaz Müsəlmanları İdarəsi də ləğv edilməidir

Yenixeber.org: Bu təkliflə tanınmış politoloq Xaqani Cəfərli çıxış edib:
"İran molla rejimini təmsil edən rəsmi şəxslər, din xadimləri və “qələm adamları”nın Azərbaycan dövlətinə qarşı ərazi iddiası da daxil olmaqla hədyanlarla dolu çıxışları səngimək bilmir. Totalitar rejimin təbliğat maşınının bütün gücü Azərbaycan dövlətinə qarşı mübarizəyə səfərbər olunub. Azərbaycan dövləti ilə yanaşı prezident İlham Əliyev və ailə üzvüləri də totalitar İran rejiminin təbliğat maşınının hədəfindədir.
Din pərdəsi altında gizlənmiş fars şovinizminin təbliğatını ifşa etməli olan Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərləri isə susurlar. Rusiya İmperiyası tərəfindən yaradıldığı və Stalin tərəfindən bərpa edildiyi gündən Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın milli davasına dəstək vermədiyi kimi, bu gün İranın molla rejiminin hədyanları qarşısında susur.
Azərbaycana qarşı Tehranın molla rejiminin səlib yürüşünün başında duran İranın ali dini lideri Əli Xameneinin Bakıda nümayəndəsi Ocaq Necatın fəaliyyətinə gec də olsa son verilməsi tamamilə doğrudur. Ancaq bu yetərli deyil. İranın din pərdəsinə bürünmüş təbliğatı qarşısında susan, Tehranın molla rejiminin mahiyyətini ifşa etməkdən çəkinən Qafqaz Müsəlmanları İdarəsi də ləğv edilməidir.
Bu artıq Azərbaycanın milli təhlükəsizlik məsələsinə çevrilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam