Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Şeyx Rusiyaya gedir

Şeyx Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcək

 Yenixeber.org: səfərdə məqsəd Şimali QafqazMüsəlmanları Əlaqələndirmə Mərkəzinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etməkdir. Yaradılmasının 20 illiyi tamam olan Mərkəzin təsisçisi Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə sentyabrın 15-də Çerkessk şəhərində təntənəli toplantı keçiriləcək.

Qeyd edək ki, Mərkəz 1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) tərəfindən təsis edilib.

QXADŞ ilə Şimali Qafqaz müftiləri arasında əməkdaşlıq səviyyəsinin, koordinasiya işinin yüksəldilməsi məqsədinə xidmət edən Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinə Şimali Qafqazın bütün müftiləri daxildir və sədri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevdir.

Əlaqələndirmə Mərkəzinin 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə təsisçi və təşkilatçı qurumun rəhbəri olaraq Şeyxülislam A.Paşazadənin məruzəsində Mərkəzin tarixinə, fəaliyyət uğurlarına dair məqamlarla yanaşı, Azərbaycan-Rusiya mənəvi əlaqələrinin qorunub saxlanılması, inkişaf etdirilməsinə verilən töhfələr, habelə Azərbaycan dövlətinin, onun liderinin bölgəmiz və dünya üçün əhəmiyyətli təşəbbüs və ideyalarının önəmi vurğulanacaq.

Təntənəli mərasimdə Rusiya Federasiyasının Prezidenti Administrasiyasının məsul rəsmiləri, Rusiya Federasiyasının Şimali Qafqaz subyekti olan respublikalarının rəhbərlərinin, Rusiya Federasiyasının digər respublikalarının dini liderlərinin, habelə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanının müavininin qonaq qismində qatılacağı nəzərdə tutulub.

Qeyd edək ki, Əlaqələndirmə Mərkəzinin üzvləri Azərbaycanda keçirilən dinlərarası dialoqa dair bütün mühüm tədbirlərdə yaxından iştirak edib və dəfələrlə dövlətimizin başçısı tərəfindən qəbul olunublar. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində Bakıda, Rusiya Federasiyasında, habelə Türkiyə, Özbəkistan və digər ölkələrdə keçirilən tədbirlərin fəal iştirakçıları olublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam