Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Saakaşvili dünən Kiyevi tərk edib-sabah meydana çıxacaq

Saakaşvili 30 sentyabrda Kiyevi tərk edib

"Ukraynanın keçmiş prezidenti Mixail Saakaşvili sentyabrın 30-da Kiyevi tərk edib və hazırda Gürcüstandadır". 
Yenixeber.org: Bunu Saakaşvili tərəfindən qurulan Ukraynanın "Sadə qərarlar və nəticələr ofisi” ictimai təşkilatının rəhbəri Mariya Barabaş bildirib.
"Mişa dünən Kiyevi tərk edib. Üç gün əvvəl komandasını topladı və bizə Gürcüstana getdiyini söylədi, çünki indi ölkəsi üçün dönüş nöqtəsidir. Bizə dedi ki, getməlidir, Gürcüstanda əhəmiyyətli bir seçim ərəfəsindədir", - Barabaş söyləyib.

Xatırladaq ki, cümə günü səhər Saakaşvili “Facebook” vasitəsilə artıq vətəndə olduğunu bildirib. "Vahid Milli Hərəkat" Partiyasındakı tərəfdaşları bu məlumatı təsdiqləyiblər. Gürcüstan hakimiyyəti isə bunu təkzib edib. Ölkənin Daxili İşlər Nazirliyi Saakaşvilinin Gürcüstan sərhədini rəsmi qaydada keçmədiyini bildirib.
                         ***

"Vahid Milli Hərəkat" müxalifət partiyasının üzvü Murman Dumbadze bildirib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili oktyabrın 2 -də seçki məntəqələri bağlandıqdan sonra rəsmən ictimaiyyət qarşısına çıxacaq. Bu barədə "Sputnik-Gruziya" yazır.

Xatırladaq ki, Saakaşvili Gürcüstana seçki günü - oktyabrın 2 -də gələcəyinə söz verib və hətta sosial şəbəkədə Kiyev-Tbilisi reysinə biletini göstərib. Ancaq oktyabrın 1-də səhər saatlarında Saakaşvili artıq Gürcüstanda olduğunu bildirərək, Facebook vasitəsi ilə xalqa müraciət edib.

"Onu çox adam dəstəkləyir. Bütün Gürcüstan onu gözləyir və sabah saat səkkizdə Mixail Saakaşvilini rəsmən göstərəcəyik. Bundan əvvəl heç bir şəkildə görünməməlidir. Gürcüstandadır. Batumidədir, sözünə əməl edərək böyük bir açıqlama verib. İndi söz bizdədir", - Dumbadze vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam