Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

DƏRMAN BAZARININ YENİ OYUNÇUSUNA 1 MİLYONLUQ TENDER... -200 manatlıq “Solamedical” MMC il yarıma 10 milyonluq tender qazanıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdindəki Mərkəzi Hospitalın elan etdiyi iki tenderin qalibi eyni şirkət - “Solamedical” MMC olub.

Yenixeber.org: Dövlət satınalamalarının vahid internet portalı xəbər verir ki, Gömrük Hospitalı dərman vasitələri və tibbi ləvazimatların alışı ilə bağlı sözügedən şirkətlə 468.875 manat və 429924 manat olmaqla, üst-üstə 900 min manatlıq müqavilə bağlayıb.

Gömrük Hospitalının az qala 1 milyon manat ödəyəcəyi “Solamedical” MMC ölkənin dərman və tibbi ləvazimatlar bazarına ötən ilin əvvəllərində daxil olub. Lakin maraqlıdır ki, cəmi 200 manat nizamnamə kapitalı olan və iş dünyasında tanınmayan Novruzova Şəhla Mustafa qızının adına sənədləşdirilən şirkət “iri əjdahalar”ın mövcud olduğu bu bazarda tezliklə özünə yer edə bilib.

Artıq ötən ilin ortalarından başlayaraq, şirkətə iri məbləğli tenderlər verilməyə başlayıb. Belə ki, ötən ilin uyun ayında Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi olan “Solamedical” 5 milyon 800 min manatlıq müqaviləyə imza atıb.

 

 

Bundan cəmi bir ay əvvəl isə həmin şirkət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderi qazanıb. Bu tenderin nəticəsində isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 90 min manat ödəyib. Beləliklə, bu MMC cəmi il yarıma dövlət qurumlarından üst-üstə 10 milon manata yaxın dəyəri olan tenderlər alıb.

O da maraqlıdır ki, rəsmən Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan “Solamedical” MMC-nin adına açıq mənbələrdə tender elanlarından başqa demək olar ki, heç yerdə rast gəlinmir. Milyonlara hökm edən şirkətin nə veb-saytını, nə də sosial şəbəkələrdə hesabını tapmaq olmur.

Xatırladaq ki, ölkə başçısı dəfələrlə dövlət qurumlarının rəhbərlərini tenderləri öz yaxın adamlarına, şirkətlərinə verməkdə və bununla da korrupsiya əməli törətməkdə günahlandırıb: “Bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir...”

 “azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam