Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Ermənistan və Azərbaycan beynəlxalq məhkəmələrə iddialar verəcək-SƏBƏB

Yenixeber.org: Cari ilin yanvarında Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistana qarşı iddia verəcək. Bundan əlavə, Ermənistana qarşı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.

Bu bəyanat Ermənistan KİV-lərinin Azərbaycana qarşı belə bir iddia verilməsi haqqında məlumatından sonra verilib.

Azərbaycan ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra, azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktları diqqətlə toplayıb və sənədləşdirib. Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam edib, deyə Abdullayeva qeyd edib.

Qeyd edək ki, Ermənistan Azərbaycanı ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edir və BMT-nin beynəlxalq məhkəməsindən Azərbaycanı konvensiyanın pozulmasına görə məsuliyyətə cəlb etməyi və dəyən ziyanı ödəməyi xahiş edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam