Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Araz Ağalarovların işləri belə gedir-AÇIQLAMA

Azərbaycan əsilli rusiyalı biznesmenlər-ata Araz Ağalarov və oğlu Emin Ağalarovun “Crocus Group” şirkəti pandemiya nəticəsində on milyonlarla dollar zərər edib, amma Moskvada yeni böyük ticarət mərkəzi və restoran açırlar.

Yenixeber.org: Şirkətin planlarını “Crocus Group”-un vitse-prezidenti Emin Ağalarov Rusiya mətbuatına (TASS, RİA Novosti) açıqlayıb.

Ağalarov  deyib ki, Moskva Dairəvi Avtomobil Yolunun 19-cu kilometrliyində tikilməkdə olan  “Estate Mall”  ticarət kompleksinin açılışı 2021-ci ilin noyabr-dekabr aylarına planlaşdırılır.

 

“Düşünürəm ki, biz noyabr-dekabrda açılacağıq. Təntənəli açılış mərasimi olacaq”,-o bildirib. Biznesmen deyib ki, “Estate Mall” özündə kompleks xidmətləri əks etdirən müasir ticarət kompleksidir. Burada restoranlar, salonlar, fitnes və digər servislər yerləşəcək. Ticarət meydançasının 80 faizə yaxını artıq icarəçilərə verilib. O cümlədən Moskvanın Danilovsk bazarı həmin kompleksin ərazisində 3 min kvadratmetr sahə icarəyə götürüb. “Estate Mall” bir-üç mərtəbəli 12 binadan ibarət olacaq.

Emin Ağalarov bildirib ki, “Crocus Group” developer şirkəti “Estate Mall”ın açılışı ilə kifayətlənəcək və yaxın perspektivdə Rusiyada yeni ticarət mərkəzləri inşa etməyəcək. “Rusiya ərazisində yeni ticarət mərkəzləri layihələri yaxın zamanlarda planlaşdırmırıq, bu dəqiqdir. Hazırda əsas vəzifə “Vegas” və “Crocus City Moll” ticarət mərkəzlərinin boş qalan yerlərinin icarəyə verilməsidir. Hazırda yerlərin 92-95 faizi icarədədir”,-o deyib.

 

Biznesmen-müğənni əlavə edib ki, o öz vəsaitlərindən 20 milyon dollar Bakıdakı “Sea Breeze” kurort kompleksi çərçivəsində ticarət mərkəzinin tikintisinə yatıracaq. “Sea Breeze Mall” ticarət mərkəzini iki mərhələdə istifadəyə vermək planlaşdırılır, ümumi sahəsi 63 min kvadratmetr olacaq. İlk mərhələni 2022-ci ilin yayında istifadəyə vermək nəzərdə tutulur.

E.Ağalarov habelə deyib ki, Moskvanın Xamovniki rayonunda restoran açılışına 450 milyon rubldan çox pul yatırıb. “Noyabr ayında “Peach” restoranı və “Divas” karaoke-klubundan ibarət layihənin açılışını edəcəyik. İnvestisiya 450 milyon rubl təşkil edib”,-o deyib. Əlavə edib ki, bu restoranı da öz puluna tikib, habelə investorları cəlb edib.

 

Biznesmenin bildirdiyinə görə, pandemiya nəticəsində onlara məxsus “Vegas” və “Crocus City Mall” ticarət mərkəzlərinin itkisi 35 milyon dollara yaxın olub. Pandemiya dövründə daimi müştərilərin 40 faizdən çoxu itirilib. “Əgər əvvəllər hər ay orta hesabla 1 milyon müştəri baş çəkirdisə indi 600 min nəfərə düşüb”,-o deyib.

 “Crocus Group” Rusiyanın ən iri developer şirkətlərindən biridir, eyni zamanda federal büdcədən maliyyələşən iri infrastruktur layihələri həyata keçirir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam