Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

DEPUTAT İltizam Yusifov MANDATINI İTİRƏ BİLƏR –“Ofşor şirkətdən hər ay 18.6 min manat maaş alır...”

"46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifov böyük biznes fəaliyyəti iləməşğuldur. O, deputat olana qədər "Shirvan Operating Company ltd" şirkətinin vitse-prezidenti olub və hələ də biznes fəaliyyətini davam etdirir və hər ay 18 min 600 manat maaş alır".

Yenixeber.org: Bunu Almaniyada yaşayan jurnalist Həbb Müntəzir sosial şəbəkədəki hesabında yazıb.

"Dövlət Sosial Müdafiə Portalından çıxarılan sənəddə qeyd olunur ki, iki neft şirkəti "Shirvan Operating company LTD" və Kayman adalarının "Karasu Operating Company"nin filialı millət vəkilinə hər ay maaş ödəyir. Hər iki şirkətin adı isə mətbuatda dəfələrlə işçilərin maaş problemləri iləəlaqədar hallanıb. Həmçinin iddia olunur ki, İ. Yusifovun Vircin adalarında ofşor şirkəti də var”,-deyə H. Müntəzir qeyd edib.

Məsələ ilə bağlı "Bakupost.az" saytına danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu halda deputatın mandatı ləğv edilməlidir: “Azərbaycan Konstitusiyasının 85-ci maddəsinəəsasən Milli Məclisin üzvü elmi-pedaqoji və yaradıcılıq istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Əslində, deputat hansısa şirkətdə səhmə, paya malik olub, divident ala bilər. Çünki bu, fəaliyyət deyil. Hansısa şirkətdə işləmir, fəaliyyət göstərmir, amma birbaşa özü fəaliyyət göstərirsə, məsələn, hansısa şirkətin direktorudursa, buna görə maaş alırsa, bu konstitusiyanın 85-ci maddəsinə ziddir. Bu halda Konstitusiyamızın 89-cu maddəsinə görə o deputat mandatından məhrum edilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam