Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Elmar Vəliyevin oğlundan şikayət-“On sot torpaq sahəmi aldılar, əvəzində heç nə vermədilər”

 

 Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məhkəməyə verilib. Sabiq icra başçısının oğlundan şikayətçi olan şəxs Göygöl rayon sakini Mehman Həsənovdur. Tərəflər arasında məhkəmə çəkişməsinin səbəbi isə Göygölün Yeni Zod kəndində yerləşən 10 sot torpaq sahəsidir.

Yenixeber.org: 61 yaşlı Mehman Həsənov redaksiyamıza bildirdi ki, torpaq sahəsini 2010-cu ildə alqı-satqı yoluyla əldə edib. Sonradan həmin əmlaka özünün mülkiyyət hüququnu təsdiqləyən çıxarış da alıb: 

“Əmlakın sahibi olduğumu təsdiq edən bütün sənədlər əlimdədir. Onların notarial qaydada təsdiqlənmiş surətlərini məhkəməyə də təqdim etmişəm. Amma on ilə yaxındır ki, özümün olan əmlaka heç yaxın düşə bilmirəm. Məhkəmə mübahisəli əraziyə baxış keçirilməsi barədə qərar vermişdi. Dövlət orqanlarının əməkdaşları vəkillə birlikdə gedib baxmalıydılar. Heç onları da qoyan olmadı. Hündür hasar çəkiblər, heç nə görünmür. Öz əmlakıma uzaqdan baxa da bilmirəm…”

Mehman Həsənovun sözlərinə görə, sözügedən torpaq sahəsi səfalı ərazidə yerləşir. 2013-cü ildə ona xəbər göndərilib ki, Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu həmin yeri istəyir. Şikayətçi deyir ki, o zaman Vəliyevlərin gücünü görür, onlara müqavimət göstərməyin mənasız olduğunu anlayırdı, həm də vəd vermişdilər ki, əvəzi ödəniləcək: 

“Nə qədər xərc çəkib, hasar tikdirmişdim, bunun armaturu, qumu, sementi… Nə deyə bilərdim ki?! Razılaşdım. Gözlədim ki, verdikləri vədə nə vaxt əməl eləyəcəklər. Dərhal mən çəkən hasarı sökdülər, hündür, qala divarı kimi hasar çəkdilər. Təkcə mənim yerimi deyil, başqalarının da torpaq sahələrini alıblar. Böyük bir ərazidir. Düzü, mən dəqiq bilmirəm, deyilənə görə, Elmar müəllimin oğlu orada özünə istirahət yeri, idman meydançası düzəltdirib. Hasar hündürdü deyə, heç nə görünmür”.

Şikayətçi qeyd edir ki, digər əmlak sahibləri bir neçə il gözləyəndən sonra dövlət orqanlarına, məhkəməyə şikayət etməyə başlayıblar. Ona da qoşulmağı təklif ediblər. Amma o, bir qədər də gözləməyi üstün tutub: 

“Gəncə İcra Hakimiyyətində Elmar müəllimin Mahmud adlı işçisi vardı, bu məsələ ilə əlaqədar mənimlə adətən o əlaqə saxlayırdı. O, mənə bir neçə dəfə torpaq sahəsi göstərdi. Eləsi oldu ki, razılaşdım, onu da vermədilər. Gah dedilər ki, 4 sot buradan, 4 sot oradan, 2 sot da başqa yerdən veririk. Ona da razı oldum. Bunu da eləmədilər. Gəldilər ki, “müəllim deyir, hələ 4 sotu götürsün, öz torpağının sənədini versin, qalanını sonra həll edəcəyik, torpağımız var, iş məhkəmədədir, bitsin, verərik”. Mən bununla razılaşmadım. 2020-ci ilin axırına qədər gözlədim ki, sözlərinə əməl edərlər. Aramızda söhbət olmuşdu deyə, şikayət etməyi özümə rəva görmürdüm. Axırda başa düşdüm ki, bunlar mənə heç nə dermək fikrində deyil”.

Bu mülki mübahisəyə Göygöl rayon Məhkəməsində hakim Qələmdar Abbasovun sədrliyi ilə baxılır. Cavabdeh qismində tanınan Elmir Vəliyev hələ ki məhkəməyə gəlmir.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam