Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Elmar Vəliyevin qardaşının şirkəti 270 min dollarlıq iddia qaldırdı-FOTOLAR

 

 Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşına məxsus ASC-nin 270 min dollarlıq alacağı var. ASC borcu məhkəmə səviyyəsində həll etmək istəsə də sonradan barışıq əldə edilib.

Yenixeber.org: Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin Mingəçivirdəki “Azneftemaş” ASC-si məhkəməyə müraciət edərək “Aktauskiy Maşınqayırma Zavodu” TOO-ya qarşı 257 min dollarlıq iddia irəli sürüb.

Buna səbəb tərəflər arasında imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməməsi olub.

 

                                                    Şahmar Vəliyev

Məhkəmə ərəfəsində cavabdeh “Aktauskiy Maşınqayırma Zavodu” məhkəməyə müraciət edərək sülh razılaşmasının təsdiq edilməsini istəyib.

Zavod ərizə və sülh razılaşması ilə məhkəməyə müraciət edib. Bildirilib ki, tərəflər arasında sülh razılaşması əldə edilib.

Barışıq sazişi təsdiq edilib və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilib.

 

Razılaşmaya əsasən zavod hər ay Şahmar Vəliyevə 42.833 dollar ödəyəcək.

Qeyd edək ki, “Azneftemaş” ASC Vəliyevlərin nəzarətində olan şirkətlərdən sadəcə biridir.

“Yevlax-Mərkəzi Bazar”ASC, Bakıdakı “Bakı Mexanikləşdirmə-1” ASC-nin nəzarət səhm zərfləri də Şahmar Vəliyev və oğlu Ruslana məxsusdur.

Onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən “Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarı olmaqla yanaşı, daha bir neçə şirkəti də nəzarətdə saxlayır.

                                                             Ruslan Vəliyev

Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan “R. Avadanlıq və Material Ehtiyatları” ASC, “İndependent” MMC (2001-ci il), “Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir. Vəliyevlərə məxsus daha bir neçə şirkət var.(musavat.com)

İlkin Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam