Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Konstitusiyaya zidd sağlamlıq tədbirləri...

 

            Rayonlarda peyvənd olunmayan bəzi vətəndaşlar pensiyasının kəsiləcəyi ilə hədələnir

Yenixeber.org: Dünyada COVİD-19 pandemiyasının yeni dalğası yaşanır. Dünya Səhiyyə Təşkilatının sürətlə yayılan “Delta” ştammının bu günə qədər virusa qarşı mübarizədə əldə olunan nəticələrin üstündən xətt çəkdiyi barədə açıqlaması yenidən məyusluğu artırıb.

Azərbaycanda və qonşu ölkələrdə də yoluxma yüksək dinamikadadır. Ölkəmizdə bir neçə gündür virusa yoluxanların sayı min nəfəri aşır. Dünya Səhiyyə Təşkilatı vəziyyətdən yeganə çıxış yolu kimi kütləvi vaksinasiyanı daha da sürətləndirməyi təklif edir. Əksər ölkələr əhalini peyvəndləmək üçün artıq məcburedici addımlar atmağa başlayıb. Azərbaycanda sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan bütün vətəndaşlar (immunitet sertfikatı və ya xəstəlik arayışı olanlar istisna olmaqla) peyvəndin birinci dozasını qəbul etməlidrlər. Əks halda, dövlət qurumlarına, ictimai nəqliyyata, mağazalara və sair obyektlərə buraxılmayacaqlar.

Avqustdan 16-dan etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qəbul mərkəzlərində və DOST mərkəzlərində yalnız COVİD pasportu olanların müraciətlərinə baxılacaq. “Vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvəndlənmələri və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda həyata keçiriləcək. Eyni zamanda, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək“, – deyə ƏƏSMN-in yaydığı məlumatda deyilir.

Nazirlik qeyd edib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda “əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına” xidmət edir.

Səhiyyə Nazirliyi də vətəndaşları vaxt itirmədən COVID-19 əleyhinə peyvənd vurdurmağa çağırıb. 

Qeyd edək ki, Azərbaycanda əhalinin kütləvi vaksinasiyasına nail olmaq üçün məcburedici addımlar bununla bitmir. Elan edilməyən qeyri-rəsmi addımlar, hətta hədələrdən də istifadə olunur. Məsələn, Tovuz sakini Eldar Məmmədov əməkdaşımıza bildirib ki, TƏBİB-in yerli şöbəsində çalışan sahə həkimi ona vaksin vurdurmazsa, pensiyasının kəsiləcəyini bildirib: 

“Həkim bildirdi ki, ona rəhbərlikdən belə təlimat veriblər. Amma mən peyvənd olunmağa ehtiyat edirəm, çünki heç bir həkim müayinəsi aparılmadan ucdantutma hamıya peyvənd vurulur. Müxtəlif daxili xəstəliklərdən əziyyət çəkirəm, heç bilən yoxdur ki, mənə və ya mənim kimi səhhətində problem olan vətəndaşlara vaksin vurmaq olar, ya yox?..”

Qeyd edək ki, TƏBİB səhhətində problem olan vətəndaşlara tibbi arayışların verilməsinə başlayıb. Bu sənəd müxtəlif daxili xəstəlikləri olan, peyvəndin əks göstəriş yaradacağı ehtimal edilən vətəndaşlara verilir. Tovuz sakininin dediklərindən belə məlum olur ki, TƏBİB-in bu xidməti hələ rayonlara gedib çatmayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözügedən qərarını saytımıza şərh edən hüquqşünas Hafiz Həsənov bildirdi ki, bu və əvvəlki qərarlar insanların COVİD-19 virusuna qarşı məcburi peyvəndlənməsi məqsədi daşıyır: 

“Hesab edirəm ki, bu cür qərarlar qanunsuzdur və Konstitusiyaya ziddir. Konstitusiyanın 71-ci maddəsinə görə, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hesab edirəm ki, bu cür hallar həm də insanların Konstitusiya ilə təsbit edilən bərabərlik hüququnun pozulmasıdır. Anlamaq olmur ki, belə qərarlarla insanların sosial, iqtisadi və digər hüquqlarını hansı əsaslarla məhdudlaşdırmaq olar? Konstitusiya ilə dövlət orqanları öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidirlər və Konstitusiyanın 68-ci maddəsinə görə dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır”.

H. Həsənovun sözlərinə görə, dövlət qurumları bu cür qərarların verilməsində məsuliyyətli davranmalı, qanunsuz qərarlar ləğv edilməli və gələcəkdə belə qərarların qəbuluna imkan verilməməlidir.

Sosial məslələr üzrə ekspert Toğrul Maşallı isə nazirliyin qərarına ironik reaksiya verib: “Deyəsən, koronavirus elektron xidmətlər vasitəsilə də yayılır. Başqa sözlə, yoxsullara yardım təyin edilərkən, faktiki, ilk əvvəl peyvənd olunub-olunmamasına baxılacaq. Yoxsul olub-olmaması artıq ikinci dərəcəli məsələdir”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam