Yenixeber.org: Əslində bu nəticələr çoxdan hasil olmuşdu, lakin zaman keçdikcə daha çox yeni faktlarla təsdiqlənməyə başladı. Və nəhayət, 21 iyul tarixində buna qəti şəkildə əmin olduq. Bu barədə Media.az yazır.
Yenixeber.org: Əslində bu nəticələr çoxdan hasil olmuşdu, lakin zaman keçdikcə daha çox yeni faktlarla təsdiqlənməyə başladı. Və nəhayət, 21 iyul tarixində buna qəti şəkildə əmin olduq. Bu barədə media.az yazır.
Belə ki, həmin gün Təzəpir məscidində bayram namazı zamanı Paşazadə İranla bağlı bir sıra absurdluq səviyyəsinə görə unikal və unikallıq səviyyəsinə görə absurd bəyanatlar səsləndirdi.
Elə bəyanatlar ki, ağlı başında olan bir insan heç vaxt onları səsləndirməzdi. Biz hələ onu demirik ki, şeyximiz prinsipcə belə bəyanatlar verməməlidir. Çünki o, ruhani şəxsdir, siyasətçi və ya diplomat deyil.
Birincisi, hiddət doğuran məqam odur ki, Paşazadə Azərbaycanın 44 günlük müharibədəki birmənalı qələbəsi faktını şübhə altına alır, onu Türkiyə və İranın arxamızda dayanması ilə bağlayır.
İranın bu cür qəribə kontekstdə xatırlanması barədə bir qədər sonra söhbət açacağıq. Hələliksə, bir daha xatırlatmaq istərdik ki, Vətən müharibəsindəki qələbəni yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusu qazanıb.
Bəli, heç şübhəsiz ki, Türkiyənin dəstəyi olduqca vacib idi. Lakin bu dəstək yalnız mənəvi və diplomatik aspektlərlə məhdudlaşır və heç bir halda döyüş meydanında özünü göstərmirdi (prinsipcə belə də olmalı idi).
Ona görə də, Paşazadənin Azərbaycanın qələbəsini üçüncü dövlətlərlə əlaqələndirməsi faktının özü artıq hiddət doğurur.
İranın Türkiyə ilə bir cərgəyə qoyulması faktı da kifayət qədər qıcıq yaradır. Bu o İrandır ki, Türkiyədən fərqli olaraq, heç zaman bizə xüsusi simpatiya bəsləməyib. Bizə yox, amma 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan qonşularımıza, bəli.
İstər 90-cı illərdəki, istərsə də ötənilki Qarabağ müharibəsi zamanı İran Ermənistana yardımını elə də ciddi cəhdlə gizlətməyib.
Vətən müharibəsinin başlanğıcında İranın özü və onun ərazisindən keçməklə üçüncü dövlətlər tərəfindən Ermənista göstərilən hərbi yardımları hələ unutmamışıq. Yalnız cənublu soydaşlarımızın İranla Ermənistan sərhədində, eləcə də İranla o zaman hələ Ermənistanın nəzarətində olan Azərbaycan torpaqları arasında canlı sədd yaratması sayəsində bu yardımlar ünvanına çatmadı.
Məhz İran bu 30 il ərzində işğal altında olan ərazilərdəki məcsidlərin və islam abidələrinin dağıdılmasına, təhqir olunmasına qarşı susaraq, bir dəfə də olsun öz etiraz səsini ucaltmadı.
Yeri gəlmişkən, niyə bir gün əvvəl Təzəpir məscidində Paşazadəni müşayiət edən dini lider Xameneinin hazırkı nümayəndəsi Ocaq Nicat Ağa heç vaxt ölkəmizin ərazi bütövlüyünün bərpası naminə fikir bildirməyib? Artıq müharibə bitdikdən sonra İran nömrəli yük maşınları sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə göndəriləndə o harada idi?
Ermənistan əvvəllər işğal altında olmuş Azərbaycan torpaqlarındakı məscidləri dağıtdığı zaman Ocaq Nicat niyə etiraz etmədi? Həmin vaxt ölkəsi nümayişkaranə şəkildə Şuşada məscidi bərpa etməyə icazə verdi, özü də kimin icazəsi ilə (Bakı tərəfindən verilmədiyi məlumdur), kimin üçün və nə məqsədlə - aydın deyil.
Gəlin, dürüst olaq, məhz İran şirkətləri ermənilərlə birlikdə on illərdir işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. Bu barədə şəxsən Ocaq Nicatın özündən və ya İranın mənəvi liderlərinin birindən etiraz eşitmisinizmi? Biz şəxsən eşitməmişik.
İran, nə qədər paradoksal səslənsə də, məhz müsəlman İran, illərdir Azərbaycana gətirilən hər cür narkotik vasitənin tədarükçüsü hesab olunur.
Xatırlatmaq istərdik ki, söhbət keçmiş prezidenti Həsən Ruhaninin müharibənin bitməsinə bir neçə gün qalmış - keçən ilin 4 noyabr tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqında açıqlama verən İrandan gedir. Göründüyü kimi, o bunu müharibənin sona doğru getdiyini və qalibin kim olacağını yaxşı başa düşdüyü üçün etmişdi.
Bunlar sadəcə Tehranın əsl üzünü və Azərbaycana olan münasibətini göstərən bir neçə faktdır.
Bəs bütün bunlardan sonra nəzir qutusunu məscidlərə yerləşdirməyi bu qədər canfəşanlıqla dəstəkləyən Allahşükür Paşazadə molla rejiminin marionet kuklası kimi Tehranı necə dəstəkləyə bilir?
Bəlkə o hansı ölkənin vətəndaşı olduğunu unudub?! Yoxsa onun yaddaşı son 30 ildə İranın müstəqil Azərbaycana münasibətindəki fərqi xatırlamayacaq qədər qısadır?! Elədirsə, Allahşükürün həkimə müraciət etmək vaxtı çatıb.
Ancaq əvvəlcə uzun müddətdir tutduğu vəzifədən ayrılsın. Və bunu mümkün qədər tez etsin. Nə qədər ki növbəti cəfəngiyyata imza atmayıb.(Demokrat.az)