Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Xaricə işləyən” siyasətçilər kimdir...-Paşinyanın dedikləri Sərkisyanın partiyasında reaksiya doğurdu

 

Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfəri zamanı erməni icmasının nümayəndələri ilə görüşündə “siyasi fəaliyyətlə məşğul olan xarici agentlər” barədə danışıb.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, Paşinyan belələrini “geri çevirməyə” çağırıb. Onun sözlərinə görə bir sıra siyasi xadimlər ölkə vətəndaşı olmaqdan daha çox xarici agentlərdir.

Aydın məsələdir ki, Paşinyan keçmiş rejimin nümayəndələrini nəzərdə tutur və onların Rusiya agenti olmasına eyham vurur. Çünki keçmiş rejmin Rusiya ilə sıx əlaqələri və göstərişləri Moskvadan aldığı məlum məsələ idi.

Təsadüfi deyil ki, Paşinyanın sözlərinə də məhz hazırda müxalifətdə olan Respublika partiyasından reaksiya veriblər. Ermənistan parlamentinin keçmiş vitse-spikeri və Respublika partiyasının sözçüsü Eduard Şarmazanov Paşinyanı həmin agentlərin adlarını açıqlamağa çağırıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları baş nazirin kimləri nəzərdə tutduğunu tələb etməlidir.

 

“Xarici agentlər dövlətin daxilində “troya atlarıdır”. Hər bir normal ölkədə milli təhlükəsizlik baxımından bu deyilənlərin konkret nəticələri olmalıdır. Və ictimaiyyət bilməlidir ki, xarici agentlər kimdir. Amma Paşinyanın dediklərindən 2 gün keçsə də nə onun özü, nə ətrafı heç kimin adını çəkməyib”-Şarmazanov deyib.

Onun sözlərinə görə, Paşinyan daha parlamentin tribunasından  şaiyələr buraxan  müxalifətçi deputat deyil, dövlətin faktiki rəhbəridir. Tabeçiliyində güc strukturları, xüsusi xidmət orqanları var.

“O deməlidir ki, söhbət kimdən gedir. Əks halda bu növbəti populizm, yalan donos, biabırçı demaqogiya olacaq”-Şarmazanov əlavə edib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam