Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Xırdalan sakinləri Bakı-Sumqayıt yolunu bağlayacaqlar – Başçıdan narazılıq-FOTOLAR

 

 Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub.

Bu barədə redaksiyamıza 30-dan çox sakin müraciət edib. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciətlər etsələr də, heç bir nəticə verməyib. Belə ki, Şıxəli Qurbanov küçəsi 38 ünvanındakı sözügedən özbaşınalığa göz yumulmasının səbəbi bu tikintini həyata keçirən şəxsin vəzifəsindən sui-istifadə etməsidir. Qanunsuz tikintini həyata keçirən şəxs Cəlilova Gülzar Hüseyn qızıdır.

Onu da qeyd edək ki, prosesdə rayonun hazırda baş memarı vəzifəsini icra edən Şahin Bayramov və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Rəşad Qubatov da iştirak edir. Sözügedən tikinti ilə bağlı hazırlanan plan, eskiz və digər icazə sənədlərində Şahin Bayramovun imzaları var.

Şahin Bayramov

Məsələ ondadır ki, həmin ərazidə eni və uzunluğu 10×12, hündürlüyü də 12 metri keçməmək şərtiylə yaşayış evi üçün icazə verilib. Bununla bağlı icra başçısı İradə Gülməmmədovanın imzaladığı sərəncam da var.

Lakin yerli icra hakimiyyəti ilə hər hansı bir formada anlaşaraq, qanunsuz olaraq çoxmənzilli apartman binası tikmək istəyirlər. Artıq binanın bünövrəsi də qazılıb. Bu da ərazidə yaşayanları narazı salıb.

Bu səbəbdən də sakinlər qanunsuz tikintinin dayandırılmayacağı təqdirdə Bakı-Sumqayıt magistral yolunu bağlayacaqlarını, daha sonra Prezident Administrasiyası önündə etiraz aksiyası keçirmək qərarındarırlar.

Xatırladaq ki, bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.(unikal.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam