Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Şadlıq evlərində toy hazırlıqları:Kimilər qərarlıdır, kimilər qərarsız

“Yastıqaltı pullar üzə çıxacaq, dövriyyə canlanacaq və həm vətəndaşlar qazanacaq, həm də dövlət” 

Yenixeber.org: Bu adəti təkcə iki şəxsin həyatını birləşdirdiyi günü əbədiləşdirdiyinə görə yox, həm də çoxunun çörək qapısı olduğuna görə gözəl hesab etmək olar. Epidemioloji vəziyyət nəzərə alınaraq keçirilməsi qadağan edildikdən bu yana az qala hamının qulağı səsdə-soraqdadır ki, toyların keçirilməsinə icazə verilməsi ilə bağlı xəbər gəlsin. Nəhayət ki, sevindirici xəbər gəldi. Belə ki, toyların keçirilməsi ilə bağlı qaydalar hazırlanır.

 

Hazırda əsas suallar - toylara icazə verilməsinin əhalinin güzaranına necə təsir edəcəyi və şadlıq saraylarının hazırlıq işləri ilə bağlıdır.

 

İqtisadçı ekspert Eldəniz Əmirov söyləyib ki, toylara icazə verilməsi iqtisadi aktivliyin artmasına səbəb olacaq və bu tendensiya tez bir zamanda müşahidə ediləcək: “Əgər toylara icazə verilsə, iqtisadi aktivliyin artması təbii olaraq gözləniləndir. Bu aktivlik kifayət qədər sürətlə və böyük tendensiya ilə müşahidə ediləcək. Onsuz da insanlar bu məqsədlə pul yığıblar və həmin pullar dövriyyədən çıxarılmış “yastıqaltı” pullardır. Toylara icazə veriləcəyi təqdirdə böyük bir pul kütləsi iqtisadiyyata cəlb olunacaq və aktiv dövriyyənin həcmini artıracaq. Dövriyyə həcmi artdıqda isə bununla bağlı digər sahələrdə də geniş fəallıq yaranacaq”.

 

Müsahibimizin sözlərinə görə, toylara icazə veriləcəyi təqdirdə, müsbət təsiri ilk növbədə işsizliyin azalmasında müşahidə edəcəyik: “Düzdür, əldə dəqiq statistika yoxdur ki, nə qədər adam şadlıq saraylarında işləyirdi və hazırda işsizdir, amma onminlərlə insanın iş yerinin yenidən fəaliyyətə başlayacağını deyə bilərik. Hər şadlıq sarayının onlarla işçisi var, bu da o deməkdir ki, toylara icazə verilsə, onların hər biri ailəsinə pul aparacaq. Beləliklə, ailələrin xərclərində, güzaranın yaxşılaşmasında kifayət qədər müsbət tendensiya yaranacaq. Biz bunu toylara icazə verildikdən bir həftə-on gün sonra müşahidə etməyə başalayacağıq”.

 

“Toylara icazə verilməsi xidmət sahələrindən olan gözəllik salonlarında, bərbərxanalarda da canlanmaya səbəb olacaq. Şadlıq sarayları, restoranları məhsulla təchiz edən şirkətlər var ki, onların da aktivliyi, gəliri artacaq. Belə demək mümkündürsə, musiqi sahəsində çalışanların da üzü güləcək. Avtomobil icarəyə verən sahibkarlar var ki, onların da əsas biznesi toy mərasimlərinə bağlı idi. Bu icazədən sonra avtomobil kirayələnməsində də canlanma olacaq. Eyni zamanda paltar kirayələnməsində də bunu müşahidə edəcəyik”, - deyə ekspert bildirib.

 

Əmirovun fikrincə, əhalinin demoqrafik artımında da müsbət tendensiya müşahidə ediləcək: “Bu, həm toylara icazə verilməsinin nəticəsində mümkün olacaq, həm də epidemioloji vəziyyətə görə valideyn olmağı planlamayanlar var idi ki, onlar da uşaq planlamaları haqda düşünəcəklər. Psixoloji rahatlıqdan dolayı demoqrafik aktivlik müşahidə edəcəyik”.

 

“Bütün bu sadalananlar eyni zamanda vergi yığımının artmasına səbəb olacaq. Bu da dövlət büdcəsinin yükünə müsbət təsir göstərəcək. Vergi tutulmalarının artırılması təbii olaraq dövlət büdcəsinin formalaşmasında, həcminin artmasında böyük rol oynayır. Bundan əlavə, eyni zamanda fəaliyyəti dayandırılmış sahələrdə çalışanlara dövlət dəstək göstərirdi ki, dövlət də bu yükdən azad olunacaq”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.

 

Bəzi şadlıq sarayları ilə əlaqə saxlayıb, hazırlıq vəziyyətləri ilə maraqlandıq.

 

“Sarı gəlin” şadlıq evinin baş inzibatçısı Akif  Musayevin dediyinə görə, fəaliyyətə icazə verilə biləcəyi ilə bağlı işçilərə xəbər veriblər: “İşçilərimizə xəbər vermişik ki, yaxın günlərdə icazə ilə bağlı qərar verilsə, obyektin hazırlanması üçün müəyyən işlərin görülməsinə hazır olsunlar. Açıq havada keçirməyə qaldıqda isə həyətimiz var, amma göstəricilərə görə mərasim sırf zalda keçirilə bilər. Obyektin təyinatı belədir. Həyətdə keçirmək üçün şərait olmalıdır, bu isə nəinki bizdə, əksər şadlıq evlərində yoxdur. Buna görə də mərasimi zalın tutumuna uyğun olaraq qaydalar əsasənda təşkil edə bilərik. 450-500 nəfərlik tutuma malik zalda 180-250 nəfərlik qonaq qəbul edə bilərik.

 

Restoran təmsilçi işçilərin də hamısının hazır vəziyyətdə olduğunu bildirib: “Gözləyirlər ki, evlərinə beş manat çörək apara bilsinlər. İcazə verilməsi ilə bağlı xəbəri eşidən müştərilərdən də əlaqə saxlayanlar var. Siyahıda olan toylardan eləsi var ki, evlənib, eləsi də var, gözləyir. 400-450 nəfərlik toy üçün danışanlar 200 nəfərlik toy etməyə də razıdır, təki icazə verilsin. İnsanlar çətin vəziyyətdə qalıb. Müştərilərimiz var ki, toya ümid edib cehizləri kreditlə götürüb, toylara da icazə verilmədikdən sonra borc-xərc içində qalıblar”.

 

“Düzdür, toyların az adamla keçirilməsi nə bizə, nə də toy edənlərə sərf edir. Çünki adam var 400-500 toya gedib, hərəsinə 50, 100 manat nəmər salıb. İndi o da istəyir ki, toy edib yığacağı pulla qızılın, cehizin pulunu çıxarsın. Yəqin ki, 50-60 nəfərlə icazə versələr, bu, toy etmək istəyənlərə də, şadlıq evlərinə də sərf etməyəcək. Çünki sarayın özünün də xərcləri çoxdur. Amma 100-150 nəfərlə keçirilməsinə icazə verilsə də, razıyıq. Bu sahədə işləyənlər də evlərinə çörək aparsınlar. Dövlət tərəfindən bizə ayrılan yardım da müəyyən aylarda verildi, bundan sonra isə hamı qalıb işsiz”, - deyə Musayev vurğulayıb.

 

“Viktoriya” şadlıq sarayından da öyrəndik ki, rəsmi qərarın açıqlanmasını gözləyirlər: “İcazəni gözləyən toylarımız olmasa da, gözləyirik, görək rəsmi qərar necə olacaq. Hazırlıq işlərinə də bundan sonra başlayacağıq. Açıq havada toy təşkil etmək üçün isə imkanımız yoxdur”

 

“Ağdaş” şadlıq evindən isə bildirdilər ki, açıq havada mərasim təşkil etmək üçün imkanları var: “İcazənin verilməsini gözləyən toylarımız çoxdur. Rəsmi qərardan sonra hazırlıq işlərinə başlayacağıq. Masalar arasında məsafəni gözləməklə açıq havada da məclisi təşkil etmək imkanımız var”.

 

“İmperial” şadlıq sarayından sorğumuza cavab olaraq qeyd olundu ki, onlar da hazırlıq işlərinə rəsmi qərarın hansı formada olacağından asılı olaraq başlayacaqlar: “Elimizdən toy səsi əskik olmasın. Təəssüf ki, əvvəllər də toylara icazə veriləcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı, amma təsdiqini tapmadı. Hansı formada icazə veriləcəyini bildikdən sonra hazırlıq işlərinə başlayacağıq”.(ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam