Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ruslar səlahiyyətini aşdı, DSX Laçın dəhlizinə girməlidir -AÇIQLAMA

Azərbaycana hər hansı ölkədən humanitar yardımın gəlməsində qeyri-adi bir şey yoxdur. Qarabağ da Azərbaycan ərazisidir, ora da humanitar yardım gələ bilər. Ancaq bu yardım mütləq Azərbaycan hökumətinin razılığı və icazəsi ilə olmalıdır.

 Yenixeber.org: Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntüləri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu yardımların Ermənistan ərazisindən, Laçın dəhlizi vasitəsi ilə edilməsi və bundan Azərbaycanın məlumatsız olması beynəlxalq qanunların, o cümlədən 10 noyabr bəyanatının ciddi şəkildə pozulmasıdır:

“Ümumiyyətlə, Rusiya sülhməramlılarının Ermənistan vasitəsilə müvəqqəti onların nəzarətində olan Azərbaycan ərazilərinə “humanitar yardım” çatdırılmasına şərait yaratmaq səlahiyyəti yoxdur. Bu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin səlahiyyətində olan məsələdir. Ona görə də artıq Laçın dəhlizində Azərbaycan Dövlət Sərhəd Xidmətinin fəaliyyətə başlaması zərurətə çevrilib. İndiki halda müvəqqəti olaraq rus sülhməramlıları ilə birlikdə xidmət edilə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam