Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Oqtay Əsədovun həyat yoldaşının şirkəti 14 milyon gəlir əldə edib - FOTOKAKT

 

 Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olduğu bildirilən “Arizarum Qrup” MMC-nin ötən il üçün əldə etdiyi gəlirlər açıqlanıb.

Yenixeber.org: Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlarda bildirilir ki, “Arizarum Qrup” MMC ötən il 14 milyon rubl (184,2 min dollar) gəlir əldə edib. “Arizarum Qrup” MMC-nin xalis mənfəti isə 9,7 milyon rubl (127,6 min dollar) olub. 2019-cu illə müqayisədə Zemfira Əsədovaya məxsus şirkətin mənfəəti 42 min rubl (553 dollar) artıb.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” MMC 14.01.1998-ci ildən fəaliyyət göstərir. Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin sahibi Əsədova Zemfira Adil qızı, direktoru isə Nazarova Larisa Aleksandrovnadır.

Nizamnamə kapitalı 10 min rubl (133 dollar) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.

Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda “Arizarum Qrup” MMC sahibi olan Əsədova Zemfira Adil qızının Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı ilə eyni şəxs olduğu barədə məlumatlar yer alıb. Bu məlumatlar Oqtay Əsədov və həyat yoldaşı tərəfindən təkzib olunmayıb.

Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir. Zemfira Əsədova həm də “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam