Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyada milyon qazanan Oqtay Əsədovun bağça müdirəsi olan həyat yoldaşıdır? -FOTOFAKT


Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olduğu bildirilən “Arizarum Qrup” MMC-nin ötən il nə qədər gəlir əldə etdiyi açıqlanıb.
Yenixeber.org: Rusiyanın müvafiq qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” MMC ötən il 13,9 milyon rubl (185,3 min dollar)  gəlir əldə edib.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” MMC 14.01.1998-ci ildən fəaliyyət göstərir. Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin sahibi Əsədova Zemfira Adil qızı, direktoru isə Nazarova Larisa Aleksandrovnadır.
Nizamnamə kapitalı 10 min rubl (133 dollar) olan şirkətin restoran sektorunda  fəaliyyət göstərdiyi qeyd olunur.
Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda “Arizarum Qrup” MMC sahibi olan Əsədova Zemfira Adil qızının  Milli Məclisin sabiq sədri  Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı ilə eyni şəxs olduğu barədə məlumatlar yer alıb.  Bu məlumatlar Oqtay Əsədov və həyat yoldaşı tərəfindən təkzib olunmayıb.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda  Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir. Zemfira Əsədova həm də “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam