Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sizə zəng edib bu məlumatları soruşsalar, cavab verməyin! -Əhaliyə XƏBƏRDARLIQ

“Dələduzlar artıq “vishing” hücumlarına başlayıblar. “Phishing” hücumun səsli versiyası olan “vishing” hücumları Azərbaycanda yeni yayılmağa başlayıb”.

Yenixeber.org: Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

“Vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.

Müvafiq hallarla qarşılaşdığınızda hüquq-mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.

Belə dələduzluq halları ilə qarşılaşan bank müştəriləri isə inandırıcı olsun deyə zənglərin daha çox müştərisi olduğu bankın adından edildiyini qeyd edirlər”, - məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam