Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni general cəbhədən necə qaçıb? -“Əgər qaçmasaydım…”

Erməni general cəbhədən necə qaçıb? “Əgər qaçmasaydım…”

Zəngilanda itkin düşən erməni hərbçilərinin yaxınları buna görə general-leytenant Andranik Makaryanı ittiham edirlər. 

Yenixeber.org: Erməni KİV xəbər verir ki, onlar bu gün yenidən Müdafiə Nazirliyinin qarşısında aksiya keçiriblər. Aksiya iştirakçılarından olan Hraçya Vardanyan bildirib ki, baş verənlərə görə Markaryan məsuliyyət daşıyır.

"Komandir Arsen Abqaryan ona dəbilqə və güllə keçirməyən jiletlərin olmaması barədə məlumat verib. O isə cavabında deyib ki, sən get, mən dəbilqə və güllə keçirməyən jiletlər göndərəcəyəm. Uşaqları aparıb mühasirədə saxlayıblar. Əsgərlərimiz döyüşüb amma general-leytenantımız oradan qaçıb”, - deyə Vardanyan bildirib.

Onun sözlərinə görə, valideynlər generaldan izahat tələb etdikdə, o cavab verib: "Mən qaçmasaydım indi sizinlə kim danışacaqdı?”

İtkin düşən hərbçilərin valideynləri bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan onlarla görüşməmək üçün qəsdən Müdafiə Nazirliyinə gəlmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam