Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"Şirkət nazir müavini və deputat olan Səfərov qardaşlarına məxsusdur" - Niyazi və Nizami Səfərov qardaşları ilə bağlı İDDİA-FAKTLAR

 

 Bakıda tikinti şirkəti şəhid ailəsinin torpaq sahəsini zəbt edib. Şirkətin deputat və nazir müavini olan məmur qardaşlara məxsus olduğu bildirilir.

Yenixeber.org: İllərdir davam edən məhkəmə çəkişmələrinə baxmayaraq vətəndaş Yasin Rzayev pozulan hüquqlarını bərpa edə bilmir.

Rzayev Elxan Qəzənfər oğlu 1993- cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Səbail Rayon İcra Hakimiyyəti başcısının 28 iyul 1994-cü il tarixli sərəncamı ilə Səbail rayon Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi şəhidin ailə üzvlərinə verilib.

Şəhidin qardaşı Yasin Rzayev deyir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 27 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışla qeydə alınıb.

Onlara məxsus torpaq sahəsi 2018-ci ildə zəbt edilib.

“Özünü pilot layihələrin icraçısı adlandıran “MVVL VERUS Praedium” MTK tərəfindən mənim razılığım və icazəm olmadan torpaq zəbt edilib. Dəfələrlə MTK-dan mənə məxsus torpaq sahəsindən çıxmağı tələb etsəm də heç bir nəticəsi yoxdur. Deyirlər ki, pilot layihəni icra edirik. Pilot layihələrin icrası zamanı icraçı tərəfindən mülkiyyətçinin əmlakının dəyəri tam həcmdə ödənilməlidir. Şirkətin qanunsuz əmələri barədə hüquq mühafizə orqanlarına, məhkəmələrə şikayət etmişəm”- deyə vətəndaş bildirir.

Yasin Rzayev deyir ki, “MVVL VERUS Praedium” MTK-nın təsisçisi Mirzəyev Namiq Eyvaz oğlu göstərilir.

1.jpg (80 KB)

Vətəndaş qeyd edir ki, şirkət İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov və onun Milli Məclisinin deputatı olan qardaşı Nizami Səfərova məxsusdur.

Yasin Rzayev pozulan hüquqlarını bərpa etmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. 400 min manat maddi, 50 min manat isə mənəvi ziyan tələb edib.

İşin daha maraqlı tərəfi isə budur ki, vətəndaşla şirkət arasında çəkişmə davam edən ərəfədə Aydın Ağasiyev adlı şəxs həmin torpaq sahəsinin sahibi kimi qələmə verilib. Bu günə qədər həmin torpaq sahəsi üzrə heç bir iddia və tələbi olmadığı halda Aydın Ağasiyev tikinti başlayan ərəfədə torpağın sahibi olduğunu deyib.

Aydın Ağasiyev məhkəməyə müraciət edərək Yasin Rzayevə məxsus torpaq sahəsinə verilən çıxarışın ləğv edilməsi istəyib. Bu mübahisə başlayan ərəfədə tikinti şirkəti ərazini zəbt edib və öz fəaliyyətinə başlayıb.

Aydın Ağasiyevin müraciəti ilə Bakı İnzibati Məhkəməsi Yasin Rzayevə məxsus çıxarışın ləğv edilməsi ilə bağlı qətnamə qəbul edib.

Yasin Rzayev vəkili İntiqam Hacıyev vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsi müraciət edib. Məhkəmə bu qətnaməni qanunsuz hesab edərək ləğv edib. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb, Yasin Rzayevin çıxarışı qanuni hesab edilib.

İndi isə Yasin Rzayev Aydın Ağasiyevin ona məxsus torpaq sahəsinə görə əldə etdiyi sənədlərin qanunsuz olması və bu əsasla ləğv edilməsi üçün məhkəməyə üz tutub. Hazırda bu iş üzrə məhkəmə çəkişməsi davam edir.

Qeyd edək ki, Yasin Rzayevin vəkili İntiqam Hacıyevin sorğusuna əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, Aydın Ağasiyevə məxsus olduğu deyilən torpaq sahəsi üçün qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib edilməyib.

Nümayəndəlikdən o da bildirilib ki, torpaq sahəsi icra hakimiyyəti tərəfindən şəhid qardaşı Yasin Rzayevə ayrılıb.

Qeyd edək ki, “MVVL VERUS Praedium” MTK vətəndaşların Prezident Adminsitrasiyasına və rəsmi qurumlara barəsində ən çox şikayət etdiyi şirkətlərdən biridir. Bu barədə Administrasiyanın yaydığı məlumatda da qeyd edilir. (musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam