Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rəis icra başçısının imzasını necə saxtalaşdırdı? - FOTOLAR

Nazirliyin Baş İdarə rəisi icra başçısının imzasını necə saxtalaşdırdı? - FOTOLAR

 

 

Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyev Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun imzasını saxtalaşdıraraq, qonşularının torpaq sahəsini əlindən almağa çalışıb.
Xeberinfo.com:   Musavat.com-un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Adil Əliyevlə qonşuları arasında gedən məhkəmə çəkişməsində bu işin üstü açılıb. Nazirlik rəsmisi ilə qonşuları arasında 2014-cü ildən başlayan torpaq davası artıq 2 ilə yaxındır ki, məhkəmədədir.
Qonşularının topaq sahəsini zəbt etməyə çalışan Adil Əliyevlə bağlı ölkə rəhbərliyinə, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova  dəfələrlə müraciətlər edilib. 
Qeyd edə ki, Adil Əliyev 0,6 ha torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verib. Nazirlik rəsmisi məhkəmədən qonşu torpaqlarının “kupça”sının ləğv edilməsini və həmin torpaqların onun adına keçirilməsini istəyib. Onun qonşuları Aqil Qurbanəliyev və Ceyran Məmmədova da üçüncü tərəf kimi məhkəməyə cəlb olunublar. 
Qonşuların iddiasına görə, Adil Əliyev onları hədələyərək, öz xoşları ilə torpaqdan əl çəkmələrini tələb edib. Hazırda tərəflər arasında məhkəmə çəkişməsi gedir.
Qonşuların verdiyi məlumata görə, məhkəmə iclasında onlar tərəfindən verilmiş vəsatət əsasında məhkəmənin sorğularına cavab olaraq, Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsindən Adil Əliyevə məxsus torpaq sahələrinin və A.Qurbanəliyevə məxsus torpaq sahələrinin alınması barədə alqı-satqı müqavilələri, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestr Xidmətindən qeyd edilən torpaq sahələrinə dair ilkin sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilib.
Təqdim edilmiş Bakı şəhəri 28 saylı dövlət notariat kontorunun 11.08.2004-cü il tarixli 4Ə-2-246 saylı alqı satqı müqaviləsi və Bakı şəhəri 28 saylı dövlət notariat kontorunun 28.08.2004-cü il tarixli 4Ə-2-268 saylı alqı-satqı müqaviləsindən görünür ki, A.Əliyev qeyd edilən əraziləri Əliyev Muğammat Süleyman oğlundan, Məhərrəmov Əlitofiq İsmayıl oğlundan, Babayeva Əlidə Əliqızından və Babayeva Gülər Kamil qızından alıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestr Xidmətindən qeyd edilən torpaq sahələrinə dair ilkin sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Babayeva Əlidə Əli qızına və Məhərrəmov Əlitofiq İsmayıl oğluna qeyd edilən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin  başçısının 30.05.1995-ci il tarixli 1623A saylı sərəncamı əsasında, Əliyev Muğammat Süleyman oğluna və Babayeva Gülər Kamil qızına icra başçısının 01.05.1995-ci il tarixli 1278A saylı sərəncamı əsasında verilib. Eyni zamanda A.Qurbanəliyevə məxsus torpaq sahələri icra başçısının 224 saylı 25 fevral 1999-cu il tarixli sərəncamına əsasən Qədirova İlahə və Nəbiyev Miralana verilib.
Nazirlik rəsmisinin qonşuları bildirib ki, Babayeva Əlidə Əliqızı, Babayeva Gülər Kamil qızı, Qədirova İlahə və Nəbiyev Miralanın sərəncamlarına əlavə edilmiş cizgilərdən görünür ki, cizgilər İcra Hakimiyyətinin təsərüffat şöbəsinin müdiri, memarı, Badamdar qəsəbə nümayəndəsi və tərtib edən şəxs tərəfindən imzalanıb, nümayəndəliyin möhürü və İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənib, torpağın ünvanı və nömrəsi göstərilib. 
Məsələn, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 754“M”saylı, 600kv.m torpaq sahəsi... Həmin torpaq sahələrinin yerquruluşu planlarından da görünür ki, torpaqların koordinatları qeyd edilib.
Əliyev Muğammat Süleyman oğlu və Məhərrəmov Əlitofiq İsmayıl oğlunun sərəncamlarına əlavə edilmiş cizgilərdən görünür ki, cizgilər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri, memarı, Badamdar qəsəbə nümayəndəsi və tərtib edən şəxs tərəfindən imzalanmamış, sadəcə, nümayəndəliyin möhürü ilə təsdiqlənib, torpağın ünvanı və nömrəsi göstərilməyib. Həmin torpaq sahələrinin yerquruluşu planlarından da görünür ki, torpaqların koordinatları qeyd edilməyib.
Eyni zamanda Babayeva Əlidə Əli qızının adına verilmiş JN-13739D saylı ilkin şəhadətnamədə torpaq sahəsinin ünvanı kimi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 754 “C” saylı torpaq sahəsi, Babayeva Gülər Kamilqızının adına verilmiş JN-13732D saylı ilkin şəhadətnamədə torpaq sahəsinin ünvanı kimi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 754 “O” saylı torpaq sahəsi, həmin torpaq sahələrinə dair Adil Əliyevin adına verilmiş JN-19921D saylı şəhadətnamədə torpaq sahəsinin ünvanı kimi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 754 “C” və 754 “O” saylı torpaq sahələri cəmi 0,12 ha göstərilib.
Nəbiyev Miralan Nizami oğlunun adına verilmiş JN-14869D saylı ilkin şəhadətnamədə torpaq sahəsinin ünvanı kimi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 754 “M” saylı torpaq sahəsi, Qədirova İlahə Firuddin qızının adına verilmiş JN-16762D saylı ilkin şəhadətnamədə torpaq sahəsinin ünvanı kimi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 754 “M” və 154 “U”  saylı torpaq sahəsi cəmi 0.12 ha göstərilib.
Lakin Əliyev Muğammat Süleyman oğlunun adına verilmiş JN-13797D saylı ilkin şəhadətnamədə və Məhərrəmov Əlitofiq İsmayıl oğluna verilmiş JN-13809D saylı ilkin şəhadətnamədə torpağın ünvanı və nömrəsi göstərilməyib və JN-13797D saylı ilkin şəhadətnamə 21.07.2004-cü il tarixində verilib. 121128 nömrə ilə kitaba qeyd edilib, JN-13809D saylı ilkin şəhadətnamə 22.07.2004-cü il tarixində verilib. 121119 nömrə ilə kitaba qeyd edilib. Kitaba qeydiyyat ardıcıllığı tarixlərə görə düzgün (kargüzarlıq haqqında təlimat pozulub) salınmayıb. Bu da onu göstərir ki, saxtakarlıq edilib.
Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş Səbail icra başçısının 1623 “A” saylı 30.05.1995-ci il tarixli sərəncamından görünür ki, Məhərrəmov Əlitofiq İsmayıl oğlunun adı sərəncamda yoxdur.
Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestr Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Səbail icra başçısının 1623 “A” saylı 30.05.1995-ci il tarixli sərəncamından çıxarışdan və JN-13809D saylı ilkin şəhadətnamədən görünür ki, Məhərrəmov Əlitofiq İsmayıl oğluna torpaq qeyd edilən sərəncam əsasında verilib.
Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestr Xidmətində olan və Səbail icra başçısının 1623 “A” saylı 30.05.1995-ci il tarixli sərəncamından çıxarış saxtadır.
Məhkəmənin qərarı ilə torpaq sahəsi üçün kompleks ekspertiza təyin olunub. Ekspertizanın cavabları bəlli olana kimi proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyevin məhkəməyə təqdim etdiyi sənədlərin sürəti onun qonşuları tərəfindən musavat.coma-a təqdim edilib.
Hazırda nazirlik rəsmisinin əldə etdiyi sənədlərdə Səbailin keçmiş icra başçısı Rüsət Məmmədovun imzasının necə saxtalaşdırıldığı araşdırılır.
Onu da qeyd edək ki, Səbailin sabiq icra başçısının adı dəfələrlə torpaq qalmaqalında hallanıb. 





 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam