Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Sumqayıtda şəhid ailələrinə torpaq sahəsi əvəzinə bataqlıq verilib(ŞİKAYƏT)

Sumqayıtda şəhid ailələrinə torpaq sahəsi əvəzinə bataqlıq verilib

 

 

 

 

 

 

Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi onlara verilən torpaq sahələri ilə bağlı narazıdır.

Yenixeber.org "Qaynarinfo" mia.az-a istinadən xəbər verir ki, bu barədə şəhər sakini, şəhid ailəsi üzvü Zaur Məmmədov şikayətini bildirib. Onun sözlərinə görə, bir neçə il öncə şəhid ailələrinin Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətinə əsasən, onlara Sumqayıt şəhər Bələdiyəsi tərəfindən Yaşıldərə yaşayış massivinin 5 və 6-cı məhəllələrindən torpaq sahəsi verilib. 

Buna baxmayaraq, şəhid ailələrinin böyük bir qismi ərazinin bataqlıq və qamışlıqla dolu olduğuna görə orada nəinki ev tikə, heç yaxınlaşa da bilmirlər. Şikayətçinin sözlərinə görə, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan torpaq sahəsindən istifadənin mümkün olmaması narazılıq yaradıb: "Bəlkə də 10 il öncə şəhid ailələrinə həmin torpaq sahəsi bir o qədər də vacib deyildi, ancaq artıq şəhid övladları böyüyüblər, ailə qurublar, onların mənzilə ehtiyacı yaranıb. Bizim istəyimiz odur ki, şəhər icra hakimiyyəti, bələdiyyə həmin əraziyə əl gəzdirsin, normal vəziyyətə gətirsin. Bununla şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı siyasətini davam etdirmiş olarlar”.

Sözügedən məsələylə bağlı Xeberle.com olaraq Sumqayıt şəhər Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən verilən məlumata görə, bəzi ərazilərdə həmin bataqlıqlar qurudulub: "Bu iş davam edəcək. Bütün bu cür bataqlıq olan ərazilər qurudularaq tam olaraq istifadəyə yararlı vəziyyətə gətiriləcək. Bununla bağlı layihələndirmə işi aparılır”. Ümid edirik ki, şəhid ailələrinin bu problemi yaxın zamanda öz həllini tapacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam