Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Səfir Qüdsi Osmanov həbs olunmalıdır-SƏBƏB

 

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Ukraynanın işğal olunmuş ərazisi olan Krıma Ukrayna hakimiyyətinin icazəsi olmadan səyahət edib və buna görə Ukrayna prokurorluğu səfir haqqında cinayət işi qaldırıb. Bu, səfirin tək Ukrayna qanunlarına yox, həm də Azərbaycan Dövlətinə qarşı cinayətdir. 

Yenixeber.org: Bu sözləri hüquqşünas Aslan İsmayılov bildirib.

Aslan İsmayılov hesab edir ki, Ukrayna bizim müttəfiqimiz olduğu üçün səfir Qüdsi Osmanov Azərbaycanı rəsmən təmsil etməməlidir:

“Ona görə ki, Azərbaycanın Krıma bənzər erməni separatçıları tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi var idi və həmin ərazilərə icazəsiz səyahət edənlərdən hökmən bizim Dövlətdən icazə alınması tələb olunurdu. Əks halda bu, Azərbaycan qanunlarının pozulması sayılırdı. Səfirin bu addımı Azərbaycan Dövlətinin başqalarından tələb etdiyi qaydaları pozmaqdır. Digər tərəfdən bütün məsələlərdə Azərbaycanın maraqlarına uyğun addım atan, daim onun ərazi bütövlüyünü dəstəkləyən, Vətən Müharibəsində birmənalı Azərbaycanın yanında olan Ukrayna Dövlətinə qarşı belə hərəkət elə Azərbaycan Dövlətinə qarşı xəyanətdir.

Hesab edirəm ki, belə bir səfir bir gün belə Azərbaycanı təmsil etməməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam