Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycanda ərzağın qiyməti ilə bağlı son durum –Video

Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Yenixeber.org: Tarif Şurasının 4 yanvar gecə yarısı verilmiş qərarı ilə 92 markalı benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.

Qurum qiymət artımını 2022-ci ildə Azərbaycanda istifadəyə veriləcək yeni zavodda yüksək keyfiyyətli yanacaq istehsal ediləcəyi ilə əsaslandırıb.

İqtisadi məsələlər üzrə şərhçi Samir Əliyev hesab edir ki, benzin və dizelin qiymətindəki artım hələ son deyil. Onun sözlərinə görə, bu ilin sonu və ya növbəti il ərzində də 92 markalı benzin və dizelin qiymətinin qaxmasını proqnozlaşdırır.

Samir Əliyev deyib ki, Tarif Şurası yanacağın keyfiyyətinin artırılmasını əsas gətirərək qiymət artımını həyata keçirib. Amma bu artan qiymət hələ ki, gələcəkdə istehsal olunacaq daha yüksək keyfiyyətli yanacağın istehsalına uyğun qiymət deyil. Ona görə də 2022-ci ilədə yüksək keyfiyyətli yanacaq istehsal edən zavod fəaliyyətə başlayana kimi qiymətin yenidən artması gözləniləndir.

Mütəxəssis hesab edir ki, Aİ-92 markalı benzininin və dizel yanacağının bahalaşması kənd təsərrüfatı məhsullarının, taksi xidmətinin, daşınma xidmətinin də qiymətlərində bahalaşma ilə müşayət olunacaq.

Ancaq qeyri-ərzaq məhsullarında qiymət artımı gözlənilmir.

Tarif Şurası elan edib ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.

Tarif Şurası bildirib ki, qiymət artımından dövlət büdcəsinə daxil olacaq əlavə vəsait sosialyönümlü tədbirlər gönləndiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam