Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

“Paşinyan hakimiyyəti ABŞ-ın qrantları ilə qidalanır” - Koçaryan

“Paşinyan hakimiyyəti ABŞ-ın qrantları ilə qidalanır” - Koçaryan
“Siyasi subyektivliyi olmayan bir necə texnokrat nazir istisna olmaqla, hökumət və parlament çoxluğunun əsasını ABŞ-ın qrantları ilə qidalanan insanlar təşkil edir”.

Yenixeber.org: Bunu “Sputnik-Ermənistan”a müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. O bildirib ki, hakimiyyətə media dəstəyini yalnız qərbyönümlü KİV verir, ön sırada isə "Azadlıq" radiosu (Azatutyun) gəlir.
“Bütün hökumətyönümlü partiyalar, siyasətçilər və qeyri-hökumət təşkilatları açıq şəkildə anti-Rusiya yönümlüdürlər və ümumiyyətlə Qərbdən maliyyə alırlar.

Baş nazir Nikol Paşinyan və terrorçu “nüfuzu” olan bir partiya (2016-cı ilin yayında Ermənistanda polisi alayını ələ keçirən eyni silahlı qrupun üzvləri tərəfindən qurulmuş Sasna Tsrer partiyasını nəzərdə tutur -red) Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxarılmasını fəal şəkildə dəstəkləyir.

Faktiki olaraq, baş naziri dəstəkləyən bütün siyasi baza açıq şəkildə qərbyönümlüdür. Digər tərəfdən, Rusiya ilə əməkdaşlığı dəstəkləyən partiyalar və siyasətçilər hazırkı hökuməti dəstəkləmir və tamamilə etibar etmirlər.

Hər kəs inanır ki, Rusiyanın enerji mənbələrindən və bazardan asılılıqla üzləşən hakimiyyətin qərbyönümlü siyasi görüşləri merkantil praqmatizmə çevrilir”,- deyə həbsdə olan Koçaryan bildirib.

Onun sözlərinə görə, mənzərə həqiqətən paradoksaldır və hakim elitanın "geosiyasi parçalanması"nın nə qədər davam etməsi mövcud şəraitdən asılı olacaq.

Koçaryan hesab edir ki, Ermənistan konseptual inkişaf proqramları olmadan bir günlük qayğı, boş şüarlar, məhv olmuş xarici siyasətlə yaşayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam