Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

DTX qaldığı yerdən davam edir-Müharibədən sonra anti-korrupsiya əməliyyatına Cəlilabaddan start verildi

 

Yenixeber.org: Dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirib. Əməliyyat nəticəsində icra başçısı Namiq Zeynalov da daxil, bir sıra vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Cəlilabaddakı mənbənin verdiyi məlumata görə, əməliyyat təkcə İH ilə məhdudlaşmayıb.

İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı, icra başçısı Namiq Zeynalovun yaşadığı evdə də axtarış aparılıb. İcra Hakimiyyətinin binasında əməliyyat getdiyi müddətdə ora heç kim buraxılmayıb. Vətəndaşların çox şikayətləndiyi idarələrdə də yoxlama gedir. Uşaq bağçalarına ayrılan vəsaitlərdən tutmuş, sosial yardımlara qədər, bir çox məsələlər araşdırılır. İcra başçısının müavini Elnarə Həsənova ciddi şəkildə sorğu-sual olunur. Şəhər və kənd icra nümayəndələrindən də dindirmələrə cəlb olunanlar var”, – deyə mənbə bildirib.

Başqa bir mənbə isə saxlanılan şəxslərin, o cümlədən icra başçısının dekabrın 7-də axşamüstü Bakıya – Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasına gətirildiyini bildirib.

Namiq Zeynalov 2018-ci il fevralın 6-dan bu vəzifədə çalışır. Bu vəzifədən öncə o, Əmlak Məsələləri Dövlət Komitəsində Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib. N.Zeynalovun Prezident Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri, prezidentin köməkçisi Kərəm Həsənova yaxın olduğu bildirilir. K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edəndə N.Zeynalov onun müavini olub. K.Həsənov Cəlilabad rayonundandır. Onun qardaşı Malik Həsənov Cəlilabadın deputatıdır.

Namiq Zeynalov

Son bir ildə bir sıra rayon və şəhərlərin icra hakimiyyətlərində əməliyyatlar keçirilib, icra başçıları və müavinləri, həmçinin rayonların digər vəzifəli şəxsləri həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar irəli sürülüb, rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham ediliblər.

İcra başçılarının həbs dalğası ötən ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. Daha sonra Neftçala, Biləsuvar, İmişli və Kürdəmir rayonlarında əməliyyatlar davam edib. Həbs olunan keçmiş icra başçılarının hamısı DTX-nın istintaq təcridxanasında saxlanılır. Onların işi üzrə istintaq araşdırmaları davam edir.

Sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan müharibə dövründə anti-korrupsiya əməliyyatlarına fasilə verilmişdi.

Bugünlərdə Səbail rayon Məhkəməsində Biləsuvar və İmişlinin keçmiş icra başçıları Mahir Quliyev və Vilyam Hacıyev haqqında istintaq dövrü üçün həbs müddəti daha üç ay artırılıb. Məhkəmə iclaslarında müstəntiq müddətin artırılması barədə təqdimatı əsaslandırarkən deyib ki, icra başçılarının işi üzrə istintaq araşdırmaları yekunlaşmayıb, bir sıra istintaq hərəkətlərinin aparılmasına zərurət var. Bu müddətdə də onların azadlıqda qalması məqsədəuyğun deyil.

Həbsdə olan icra başçılarının özləri və ya vəkillərinin onlara qarşı irəli sürülmüş ittihamlara münasibəti də məlum deyil. İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev barəsində həbs qərarı veriləndən sonra məhkəmə binasından çıxarılarkən orada gözləyən yaxınlarına belə demişdi: “Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq…”(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam