Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

MDB -PA Şurasının iclası başlayıb

MDB PA Şurasının iclası başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərindəki Tavrida Sarayında Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası (PA) Şurasının videokonfrans formatında keçirilən iclası başlayıb.

Yenixeber.org: Tədbirdə Birlik ölkələrinin parlament nümayəndə heyətlərinin rəhbərləri, eləcə də MDB orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

İclası Tavrida zalından MDB PA Şurasının sədri, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko aparır.

İclasın əsas mövzularından biri MDB-yə üzv dövlətlərdə COVID-19 pandemiyası ilə əlaqədar görülən tədbirlərin qanunvericiliklə dəstəklənməsidir. Həmçinin iqtisadi inteqrasiyanın vəziyyəti və perspektivləri, onun Avrasiya məkanında normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrində dövlət orqanlarına seçkiləri izləməyə hazırlıq, MDB PAA yanında Elm və Təhsil üzrə Ekspert Şurasının yaradılması, eləcə də digər bir sıra məsələlər nəzərdən keçiriləcək.

Bundan əlavə, bu gün videokonfrans formatında MDB Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçiriləcək. İclasda MDB ölkələrinin parlament nümayəndə heyətləri iştirak edəcəklər.

Parlamentarilər MDB-yə üzv dövlətlərin mədəni irs obyektlərinin qorunması haqqında konvensiya layihəsini, MDB-yə üzv dövlətlər üçün model Əmək Məcəlləsini, model Seçki Məcəlləsini, habelə bir sıra model qanunları – “Qaçqınlar haqqında”, “Mühəndislik fəaliyyəti və mühəndislik haqqında”, “Paylaşılan əsasda daşınmaz obyektlərin inşası haqqında”, “Neft məhsullarının boru kəmərləri ilə nəqlinin ekoloji təhlükəsizliyi haqqında”, “Dağlıq ərazilərin inkişafı və qorunması haqqında”, “Parlament nəzarəti haqqında”, “Məktəb idmanı haqqında”, “Cinayət qurbanı olan vətəndaşlara dəyən zərərin ödənilməsi haqqında” və s. qanunları nəzərədən keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam