Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Kəlbəcərdəki Zod qızıl mədənini mənimsəməyə çalışırlar-FOTO

Ermənilər Kəlbəcərdəki Zod qızıl mədənini mənimsəməyə çalışırlar

Yenixeber.org: İnternetdə və Ermənistan KİV-lərində Kəlbəcər və Ermənistanın Vardenis rayonu arasında “sərhədin bağlanmasını” əks etdirən foto və videogörüntülər yayılıb. Ermənistan tərəfi burada yolda metal darvaza quraşdırıb və onu qırmızı rəngə boyayıb. Amma bu yer Azərbaycan və Ermənistan arasındakı real dövlət sərhədindən xeyli uzaqdadır.

Ermənilər hələ Sovet dövründə respublikalar arasındakı sərhədin keçdiyi Zod qızıl mədənini mənimsəmək üçün qəsdən sərhədi Azərbaycanın Kəlbəcər rayonu ərazisinin dərinliyinə doğru çəkiblər.

Mədənin təxminən 70%-i Azərbaycanda yerləşir və sərhədi çəkmək cəhdləri Ermənistanın 9 noyabr tarixli üçtərəfli sazişi pozması deməkdir, bu da münaqişənin bərpasına gətirib çıxara bilər.

Bu gün Azərbaycan qoşunları Kəlbəcərə daxil olublar və dövlət sərhədinə doğru irəliləyirlər. Onlar yaxın zamanda Zod yatağı ərazisində olacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam