Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan vətəndaşı Ermənistan sərhədini keçib -KİV

Açiq mənbələrdən foto.
 Ermənistanın sərhəddə yerləşən Areguni kəndində (Azərbaycanın Gədəbəy rayonu ilə həmsərhəd) sərhədi keçən Azərbaycan vətəndaşı saxlanılıb.
Yenixeber.org: Bu barədə "Sputnik Armenia" yerli hakimiyyətə istinadla məlumat verib. Adı açıqlanmayan 26 yaşındakı kişi Ermənistanın Təhlükəsizlik Xidmətinə təhvil verilib və orada dindirilir.

Xüsusi xidmət əməkdaşları onu aparmazdan əvvəl Azərbaycanlı kənd sakinlərinə naxırçı olduğunu, ona pul ödənilmədiyi üçün çobanla mübahisə etdiyini və dünən axşam sərhədi keçmək qərarına gəldiyini bildirib. DTX-dən hələlik hadisə ilə bağlı şərh verməyiblər. Azərbaycan tərəfi də hələlik vəziyyəti şərh etmir.

Xatırladaq ki, 2019-cu ilin martında da buna bənzər hadisə olub, Azərbaycan vətəndaşı Ermənistan tərəfə keçib. Onun aqibəti haqqında heç bir məlumat yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam