Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

XİN-də ATTESTASİYA BAŞLAYIB -Sıravi əməkdaşlar işdən çıxarılır, mühüm post tutanlar isə...

 

 Xarici İşlər Nazirliyində (XİN) baş verən dəyişikliklərdən sonra kadr islahatlarına start verilib. Bu günlərdə nazirin müavini Nadir Hüseynov tutduğu vəzifədən azad edilərək xüsusi tapşırıqlar üzrə səfir təyin edilib. Onun yerinə isə Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev gətirilib.

Yenixeber.org: Məlumatlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, yeni rəhbərlik nazirliyin işçilərinin attestasiyadan keçirilməsi barədə əmr imzalayıb. Bununla bağlı qurumda komissiya yaradılıb, kadrların şəxsi işi, fəaliyyətləri, habelə qohumluq əlaqələri araşdırılır. Mənbə bildirib ki, sıravi heyətdən və aşağı vəzifəli işçilərin bir çoxu attestasiyadan keçirilməyib. Onların yerini isə təhsil və s. sahələrdən gətirilmiş yeni kadrlar tutur.Bu kimi hallar isə XİN işçiləri arasında narazılıq yaradıb. Çünki nazirlikdə Elmar Məmmədyarov dövründən mühüm post tutan kadrların əksəriyyəti vəzifədə qalsa da, sıravi işçilər “təmizləmə əmliyyatı”nın qurbanına çevriliblər. Prezident İlham Əliyevin XİN-də, səfirliklərdə vətənə xəyanət edən, xarici kəşfiyyatların girovuna çevrilən diplomatlar barədə çıxışını xatırladan mənbə, hələlik onlarla bağlı tədbir görülməməsinə diqqət çəkib.

Politoloq Elxan Şahinoğlu saytımıza şərhində Xarici İşlər Nazirliyində islahatların zəruri olduğunu bildirib. "Prezident də demişdi ki, xarici siyasət idarəsində biabırçı hallar - korrupsiya, rüşvətxorluq, qohumbazlıq yer alıb. Bütün bu neqativ halların kökünü kəsməklə yanaşı ciddi kadr islahatları aparılmalıdır. Əvvəllər kimin qohumu vardı, XİN-də yerləşdirilirdi, amma əslində savadlı, təcrübəli kadrlar irəli çəkilməli idi" - deyə politoloq vurğulayıb.

E. Şahinoğlu hesab edir ki, səfirliklərdə də təmizləmə işləri aparılmalıdır:"Çox təəssüf ki, səfirliklərdə də qohumbazlıq əsasında kadr yerləşdirmələri aparılıb. Ona görə də bu sistemdə təmiz, bacarıqlı əməkdaşlar öz işləri davam etdirməlidir, eyni zamanda yeni kadrlar da cəlb olunmalıdır. Azərbaycan müharibə şəraitindədir, bir sıra ölkələrdən bizə təzyiqlər var. İnformasiya savaşı aparılmalıdır. Bütün bu işlərigörmək üçün təcrübəli, peşəkar, vətənə, millətinə bağlı kadrlara ehtiyac var".(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam