Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nağıla dönür" -Təranə Şəms

 

Alovdur, atəşdir ömrün baharı,

Yol tutub, yol gedər ömrün qatarı.

Ətrafı yandırar bu atəş, bu od,

Zər üstə zər qoyar ömrün caharı.

 

Sevərsən ürəyin məşələ dönər,

Eşqinin sədası mənşərə dönər,

Leylitək sevdalı olarsan aşiq,

Qaranlıq sabahın zəhərə dönər.

 

Yamanca tez solur gəncliyin bağı,

Yandırır sinəni çat verir dağı.

Xəyala həkk olur yaddan çıxmayır,

Gözündə canlanır o bahar çağı.

 

Ömür axıb gedir zaman bitməmiş,

Gözünü açmamış, aman verməmiş.

Hər gələn payızın səndən söz edər,

Solmayan bağından bir yarpaq gedər.

 

Büdrəyən ayağa daş ilişəndə,

Həyatın səninlə hey çəkişəndə,

O ömür yolların gözünə durur,

Bitməyən keçmişin, başına vurur.

 

Məhəbbət vədəsiz nağıla dönər,

İllərin çırağı bir şamtək sönər.

Görünər gözünə qara kölgələr,

Köksündə yer edər yara övkələr.

 

Dilində dolaşar, bir iz görünər,

Qarşında əyilən bir diz görünər,

Addımlar tələsər gedər-gəlməzə,

Ömürdü vəfasız, gülər baməzə.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam