Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qayda - qanun varsa...

                             

 

  Xeberinfo.com:  Qayda- qanun. Bu söz insanların daxilinə bir rahatlıq, bir arxayınçılıq,güvənlik gətirir.Və sən özünü qanunsuzluqdan, burokratizmidən suğortalanmış kimi hiss edirsən. Çünki bilirsən ki, bunun qrantı qayda-qanundur. Qayda-qanun kağız üzərində olanda onu bir elə hiss etmirsən, görmürsən. Amma bir yerdə onu yaradanları, tənzimləyənləri görəndə tam rahatlanıb, onun icraçılarına əhsən deyirsən.

   Bakıda, bəlkə də Azərbaycanda elə bir adam olmaz ki, 20 Yanvar metro stansiyası ətrafında nələrin baş verməsindən xəbərdar olmasın. Bu gün 20 Yanvar dairəsi şəhərin giriş-çıxış qapısı rolunu oynayır. Gün ərzində ölkənin bütün istiqamətlərindən bura yüzlərlə maşınlar və insanlar gəlib-gedir. Bir sözlə gecə-gündüz burada maşın, insan əlindən tərpənmək   olmur. Nəfəs almaq çətinləşir, sanki bütün insanlar havanı birdən udur, sənə çatmır. Qalırsan havasız.

   Bu yerdə yenə adamın hayına çatan, dadına yetən, onun sərbəst yerimək, durmaq haqqını özünə qaytaran qayda-qanundur. Elə bu vaxt adamın içindən səmimi bir söz keçir: "Gecə-gündüz tər töküb,qayda-qanun yaradanların şərəfinə bir tuş!" Necə bilirsiniz bu "tuş" kimin şərəfinə ola bilər? Əlbəttə Respublika Yol Polisinin əməkdaşlarının. Sağ olsunlar neçə vaxtdır ki, gecələrini gündüzlərinə qatıb 20 Yanvar metro stansiyası ətrafında, "Şamaxinka" deyilən yerdə qayda-qanun yaradırlar. Yəni Meyvəliyə, Sumqayıta, Müşviqə, Cənub bölgəsində olan rayonlara, Şamaxıya,Ağsuya və s... sərnişin daşıyan şəxsi takisiləri oradan qovurlar. Qovulanlar da maşınlarını ağacların arasında, binaların həyətlərində, dar səkilərdə parklayıb metronun çıxacaqlarına "ov"a çıxırlar. Yenə qulaq batıran çağrışlar, zəhlə tökən səslər.

   Güya ki, iki-üç günə yol polisi tər töküb qayda-qanun yaradıb, insanların sərbəst gediş- gəlişini təmin edib. Və Yol Polisinin üzdə olan yüksək çinli məmuru mükafatlandırma törəni keçirir. Bununla da yuxarıların gözündən pərdə asan yol polisinin əməkdaşları özlərini işləyən kimi göstərirlər.

    Amma onların necə işlədiklərini biz vətəndaşlar hər kəsdən daha yaxşı görürük. Görürük ki, rayonlara sərnişin daşıyan maşınları Ailə Sağlamlıq Mərkəzinin yanına yığırlar ki, burdan da insanların metroya girib-çıxmaq çətinləşir. Burda maşınları yerləşdirən, onları növbə ilə yola salan xüsusi adamlar var ki, yığdıqları pullardan yol polislərinə də haqq verirlər.

   Vaxtıyla yolu-izi satış obyektlərinə çevrənlər indi də səkilərdə , metro stansiyalarının çıxışlarında taksiləri parkladır, onlardan haqq alırlar. Belələrinin tamahı ucundan sadə vətəndaşlar olmazın əziyyətini çəkir, qayda-qanun necə həyasızcasına ayaq altına atılıb tapdalandığının şahidi olurlar.

   Və qayda-qanunun işləmədiyi bir məmləkətdə insanlarda hakimiyyətə inamsızlıq ,etimatsızlıq yaranır ki, bunun da əsas günahkarları məmurlardır. Ölkənin qayda-qanuna sayğısızlıq göstərən, vətəndaşın gözü qarşısında onu pozan hər bir məmur əzəli və əbədi düşmənimiz olan ermənidən təhlükəli və qəddardır. Gəlin mübarizəmizi belə məmurlara qarşı çevirək, onlardan qorxub çəkinməyək, haqqımızı, hüququmuzu tələb edək.

  Qayda-qanun olan yerdə bərəkət də, rahat yaşayış da, gülər üz də, xoş təbəssüm də var.

 

                                 

Məhərrəm Şəmkirli   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam