Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində 4 medal qazanıblar

 

BƏƏ-nin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub


Yenixeber.org: Yarışın sonuncu günü də Azərbaycan cüdoçuları uğurla çıxış edərək daha iki medal qazanıblar.
Qadınların mübarizəsində +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerskaya yarımfinalda Rusiya cüdoçusu Kseniya Çibisovaya qalib gəlib. Təmsilçimiz həlledici qarşılaşmada hollandiyalı Tessie Savelkoulsa uduzaraq gümüş medala sahib çıxıb.
Kişilərin yarışında 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev isə mötəbər turnirin bürünc medalını qazanıb. Mehdiyev 3-cü yer uğrunda görüşdə rusiyalı Aleksandr Roslyakovu məğlub edib.
Bununla da, Azərbaycan millisi Abu-Dabi “Böyük Dəbilqə” beynəlxalq turnirini 2 gümüş və 2 bürünc medalla başa vurub. Nicat Şıxəlizadə (66 kq), İrina Kindzerskaya (+78 kq) gümüş, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam