"Unutqan deyiləm çörək kəsmişəm"
"Xeberinfo.com": Hörmətli oxucular! Bu kiçik həcmli poema mənim ömrümün son günlərini əks etdirir. Bir yazar kimi həyat hadisələrinin təsvir üsuluna görə oxşar ədəbi əsərlər qrupunun lirika və epos üsulundan istifadə edirəm. “ Xəbərinfo.com” saytında və yaxud “Yeni Xəbər” mətbu orqanında “Ərzi-hal məktubu” dərc olunması mümkün olarsa bu cari ilin yanvar ayında İnternetdə getmiş “DAYAQ” sənədli povestimin davamı olacaqdır.
ƏRZİ-HAL MƏKTUBU
Proloq əvəzi
Gəncliyimdən söndürüblər, həyatımdan küsdürüblər,
Diqqətimdən çəkiniblər, yoxluğumdan seviniblər.
Düşüncədən kütləşiblər, bilgilərdən kəmləşiblər,
Haramlıqdan çirkləşiblər,harınlıqdan dəmləşiblər.
Yarınmalar təbliğləşir, çal-çağırılar vüsətləşir,
Dəyərlilər gizlədilir, sürünənlər dirçəldilir.
Gələcəyi qavramırlar, özəlliyi anlamırlar,
Millilikdən uzqdırlar, xilqətlikdən kasıbdırlar.
Siyasilər körükləşir, cəmiyyətlər kövrəkləşir,
Təfəkkürlər ikiləşir, ziddiyətlər kəskinləşir.
Unutqan deyiləm çörək kəsmişəm
Birinci hissə
VAXTIMDI
Yaz qaldı arxada yayı keçibdi,
Didəmdə payızdı yağan vaxtımdı.
Əsdi çovğun yeli qışı yetişdi,
Canlını don vurdu halı dəyişdi,
Qəlbimdə sarsıntı duyan vaxtımdı.
Baxçama sel gəldi yurdum sürüşdü,
Bəxtimə buz yağdı gülüm üşüdü.
Saplağa dərd düşdü ləçək büzüşdü,
Kökünə köç düşdü özək ötüşdü ,
Ömrümün qışıdı, doyan vaxtımdı.
Sayılan oğula sərfi-hal yazdım,
Get-gəldən qalmağa ərzi-hal yazdım,
Sevilən şəxslərə dastanlar yazdım,
Oxunan kitaba əsrarlar yazdım,
Düşündüm, sözümü deyən vaxtımdı.
Unutqan deyiləm çörək kəsmişəm,
Dostlardan keçmirəm örnək seçmişəm,
Yaddaşdan silmirəm söykək bilmişəm,
Dərcindən qaçmıram dəstək vermışəm,
Tarixə yaxşını yazan vaxtımdı.
Bilməzlər, yarımcan dərdi bəlayam,
Görməzlər, ütülən canlı əşyayam,
Saymazlar, varikən əski parcayam,
Gəzməzlər, diriykən tərki dünyayam,
Ömrümün gününü sayan vaxtımdı.
Kələfim dolaşıb qalmaqaldayam,
Övladım ilişib qovğasındayam,
Ümidim tükənib fərağındayam,
İstəyim bütləşib girovundayam,
İtirib dünyamı yanan vaxtımdı.
Yaşama dövrümü başa vurmuşam,
Eşitmə üzvümü dərdə salmışam,
Dərketmə hissimi dəmə qoymuşam,
Gözümə gözlüyü baha satmışam,
Anladım lal, kar, kor olan vaxtımdı.
Duruxdum, udqundum yanvar ayında,
Tutuldum, uçundum uçot quranda,
Tükəndim, yox oldum hesab yazanda,
Dirəndim, titrədim rəqəm sayanda,
Anladım əbədi yatan vaxtımdı.
Sarsıdıb dünyamı ölüm virusu,
Yetirib özünü ölüm kabusu,
Qapadıb gözümü ölüm cadusu,
Bürüyüb canımı ölüm yuxusu,
Anladım əbədi susan vaxtımdı.
Dolanıb boynuma aparır məni,
Sarınıb dilimə susdurur məni,
Bağlanıb qoluma sürüyür məni,
Yapışıb cismimə ağrıdır məni,
Anladım ölümü görən vaxtımdı.
Göz baxır həsrətlə ötən günümə,
Yalvarır fəryadla solan günümə,
Göynəyir ağıyla bitən günümə,
Yaş tökür kədərlə ölən günümə,
Torpaqdan çarpayı alan vaxtımdı.
Keyləşib küçədə azası oldum,
Döyüküb düz yolda qalası oldum,
Çəkilib bir tində dözəsi oldum,
Zəngləşib Rəşidə deyəsi oldum,
Dərk etdim özümü, çökən vaxtımdı.
Qələmim titrəyir bir hərf yazanda,
Sənədim səsləyir işsiz qalanda,
Dodağım səyriyir hər söz tapanda,
Yaddaşım silinir cümlə quranda,
Anladım halımı, köçən vaxtımdı.
Addımım qısalıb haldan düşmüşəm,
Gözlərim torlaşıb fəğan etmişəm,
Varlığım çöksüyüb qəmdən bişmişəm,
Borclarım çoxalıb yurddan keçmişəm,
Anladım dərd yükü çəkən vaxtımdı.
Sol qolum şikəstdi sağım yerimir,
Sağ əlim titrəkdi ağlım yetirmir,
Hesabım bəllidi sözüm göyərmir,
Neyləyim həllini babam bəyənmir,
Catdırdım bilgini, ozan vaxtımdı.
Diqqətlə işləsə Sədi itirməz,
Əvvəlcə göndərsə vergi dillənməz,
Yerində ödəsə fondu səslənməz,
Təftişdə görünsə nöqsan keçilməz,
Ödəncli sənədi gəzən vaxtımdı.
Ayrılıq dəmidi Sədi inciməz,
Qaranlıq dönəmdi sirri bilinməz,
Yorğunluq gəlibdi sonu görünməz,
Sağlamlıq itibdi dərdi çözülməz,
Diriykən qəbrimi qazan vaxtımdı.
Sanmayın, bir daha yazan deyiləm,
Bilməyin, “soraq”la susan deyiləm,
Bezməyin, son dərclə bitən deyiləm,
Deməyin, haraya yetən deyiləm,
Dinməyin, istəyə çatan deyiləm,
Sönürəm günümü sayan vaxtımdı.
Kotanım keçibdi köklü kolluğa,
Ulağım düçardı yarı korluğa,
Ayağım batıbdı lilli şumluğa,
Varlığım qurbandı sirli sonluğa,
Çıxılmaz durumdu, batan vaxtımdı,
Müxənnəs dönəmdi özül çürükdü,
Müxənnəs modeldi yığma bölükdü,
Müxənnəs biclərdi haram köklüdü,
Müxənnəs banklardı zəli mülküdü,
Haqqı, həqiqəti görən vaxtımdı.
Dad-fəryad yaradır kommunal haqqı,
Qərardad normadır var sivil haqqı,
Təqaüd kasıbdır yox yoxsul haqqı,
Ədalət yaradır mötədil haqqı,
Məcburam, köməyi alan vaxtımdı.
Əlvida deyirəm dar zamandayam,
Gəlməzə gedirəm can hayındayam,
Son günə borcluyam haqq yolundayam,
Köçməyə məcburam lap yaxındayam,
Sonumdu gözümü yuman vaxtımdı.
Tanrıdan kəramət uman vaxtımdı,
Günəşdən mərhəmət güdən vaxtımdı,
Övladdan səxavət görən vaxtımdı,
Şüşədən kövrəyəm sınan vaxtımdı,
Haqqımın yolunu tutan vaxtımdı.
Öləndə görmərəm dostum nə deyər,
Tərzimdə duymaram dünyam tükənər,
Özümdə olmaram torbam tikilər,
Cismimdə bilmərəm ruhum neyləyər,
Korifey Ziqmundu anan vaxtımdı.
İkinci hissə
MÜHASİBİN QISA TƏRİFİ
Yetmişi ötürüb. Mühasib kimsən?
Şöhrəti itirib ötüb keçmisən,
Dövrünü bitirib çöküb getmisən,
Şam kimi əriyib sönüb itmisən,
Anla ki, zülməti anan vaxtındı.
Ömrünü ötürrmüş kövrək ağacsan,
Meyvəsi büzüşmüş sınıq budaqsan,
Mənsəbi itirmiş yazıq qocasan,
Özülü dağılmış sönük ocaqsan,
Anla ki, külünü çırpan vaxtındı.
Özəldə heç nəsən dəyərsiz ruhsan,
Yedəkdə gedənsən gərəksiz kurssan,
Sənədə hakimsən mürvətsiz poçtsan,
Sənətdə ucuzsan tarzənsiz “Ud”san,
Anla ki, qanunu öpən vaxtındı,
Son günün yetişib dərdin ödəkdi,
Mənsəbin çürüyüb dilin gödəkdi,
Qismətin verilib uyğun kötəkdi,
Kəfənin biçilib qəbrin gərəkdi,
Anla ki, əmlakı bölən vaxtındı.
Sanma ki, işində ədalət haqsan,
Olsun ki, xislətdə sədaqət varsan,
Ancaq ki, icrada qəpik-quruşsan,
Deyək ki, əlacda əskik vücudsan,
İncidən faktları yazan vaxtındı.
Az gicəl küçədə. Haray salsınlar?
Get dincəl evində layla çalsınlar,
Gəz özəl həyətdə yaşa desinlər,
Ağsaqqal günündə başa çəksinlər,
Dünyandan razvodu alan vaxtındı.
Vergidə, sosfondda əzildin bəsdir,
Küçədə, tinlərdə əsdiyin bəsdir,
Dönəmdə, nəzərdə əskildin bəsdir,
Qəzetdə dərcinə baş əydin bəsdir,
Bəylərdən tənəni alan vaxtındı.
Rumisi, Hegeli elmi bilgidi,
Dahisi kəşf edib- özül veribdi,
Digəri Manifest yazıb gedibdi,
Siyasi modeli gəlib keçibdi,
Hər şeydən əlini üzən vaxtındı.
Üçüncü hissə
NƏDİR-BUDUR
Təməlli aləmlər dözüb yaradır,
Tədbirli kişilər söküb yaradır,
Təbrizli Tahirlər çözüb yaradır,
Təpərli Şəmsilər görüb yaradır,
Bəs məni tədricən yazdıran nədir?
Sayılan oğullar-Lüfilər bizdə,
Yaradan insanlar-alimlər bizdə,
Unikal ixtira edənlər bizdə,
Məhsuldar ideya verənlər bizdə,
Bəs məni məcburən yandıran nədir?
Haqq-nahaqq modeli əlimizdədir,
Hər nə var hamısı özümüzdədir,
Boşuna fəxr etmək sözümüzdədir,
Güclüyə yarınmaq genimizdədir,
Bəs məni məcburən küsdürən nədir?
Yeraltı sərvətlər aşıb daşıbdı,
Yerüstü mənbələr rəqib tapıbdı,
Xeyirli işbazlar mənsəb alıbdı,
İqlimi sevərlər çaşıb qalıbdı,
Bəs məni məcburən dindirən nədir?
Ömrümü keçirdim təhlil işində,
Töhməti qazandın rəzil izində,
Özümü itirdim özəl içində,
Sözümü yetirdim misqal biçimdə,
Bəs məni məcburən sındıran nədir?
Həmişə haqqımda yersiz vuruldum,
İşimdə, xidmətdə ucuz tutuldum,
Bax budur həyatda məni sındıran,
Bax budur ömrümdə məni yandıran,
Bax budur bu gündə məni yazdıran.
Dördüncü hissə
ÜMİDLƏ YAŞAMAQ LAZIMDIR
Yaşamaq şirindi ömür gödəkdi,
Yolları yoxuşdu, çınqıl-kəsəkdi,
Zirvəsi qarlıdı, dolu, çisəngdi,
Şimşəyi