Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir QHT rəhbəri saxlanıldı

 

Elçin Məmməd Brüsseldən qayıdarkən prokurorluq əməkdaşları tərəfindən həbs edilib 

"Xeberinfo.com":   Azərbaycanda son günlər QHT sədrləri və hüquq müdafiəçilərinin həbsləri intensiv şəkil alıb. İndiyə qədər Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, habelə tanınmış vəkil İntiqam Əliyev və digərləri müxtəlif ittihamlarla saxlanılıb. 

JAM.AZ xəbər verir ki, bu gün daha bir QHT sədri saxlanılıb. Belə ki, «Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti, “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd Baki Hava Limaninda Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən saxlanılıb. 

Xatırladaq ki, Elçin Məmməd dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib. Hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilatın, həmçinin həyata keçirilən layihələrlə bağlı sənədləri istintaqa təqdim edib. Bundan əlavə, QHT rəhbərindən NED, German Marşal Fondu, ABŞ səfirliyi, Soros fondu və digər beynəlxalq təşkilatlardan alınan qrantlar barədə də soruşulub. 

Elçin Məmməd həmçinin qeyd edib ki, aparılan istintaqla əlaqədar yenidən prokurorluğa çağırılaraq, həbs olunma ehtimalı var. QHT rəhbəri hesab edir ki, Azərbaycan hökuməti insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir və vətəndaş cəmiyyəti institutlarını çökdürməyə çalışır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam