Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qurdun tülküləşməsi

 

         "Xeberinfo.com":  (siyasi  hekayə)

  Uzun  sürən  quruluş  dəyişmişdi. Birpartiyalı  sistem  daha  yaramırdı. Ata-babadan  heyvandarlıqla  məşğul  olanlar - Heyəndarlar  Partiyas, əkinçiliklə məşqul  olanlar  Əkinçilik  Partiyası  təsis  edib  qeydiyatdan  keçirdilər.Bir  sözlə,kim  qabaqlar  nə  işlə  məşğul  olmuşdusa, dost-tanışları, qohum- əqrəbanı, qonum- qonşuları, arvad- uşağı  başına  yığıb, o  adda  partiya  partiya  yaradırdılar.

    Yeni  yaranmış  partiyalardan  biri  də  Qurdlar  Partiyası  idi. Üzvüləri  də  birqadirlər, ferma  müdirləri, kolxoz  sədrləri, sovxoz direktorları, rayon  partiya  komitəsinin  bütün  katibləri, bir  sözlə, köhnə  vaxtı  ölkəni  talayıb  yeyənlər.

   Köhnə  ferma  müdiri  Fərzəli  də  Qurdlar  Partiyası  yaranandan  onun  siravi üzvü  yox, ən  fəal  rəhbərlərindən  biri  idi. Hara  gedirdi, kimi  görürdü  partiyanın  məramından, məqsədindən  danışırdı. Adından  göründüyü  kimi  partiyanın  məram  və  məqsədi  dağıtmaq, parçalamaqdı.Hətta  bu  özünü  toyda. düyündə, qonaqlıqda, yasda  da  göstərirdi. Fərzəli  üçün  toyun, yasın  fərqi  yox  idi. Toyda  qol  götürüb  oynamaz, əl  çalıb  gülməz, yasda  dəsmal  çıxarıb ağlamazdı. Ancaq  yeyərdi. Ortaya  ət  gələndə  soruşardı:

- Nə  ətidi?

  Xörəkpaylayan  "qoyun  ətidir, müəllim" deyərdi. "Qoyun  ətidir" cavabını  eçidən  Fərzəli  girişərdi  yeməyə. Yeməyi  də  canavar  kimi  yeyərdi, adam  kimi yox. Sanki  yiyəsiz  dərədə  əlinə  kasıbın  yeganə  qoyunu  düşüb.

    Bir  dəfə  də  bir  məclisdə  Əkinçilər  Partiyasının  kartofçuluq  qanadının  başqanı   Məmməd  ondan  soruşdu:

- Qonşu, xeyir  ola, qoyun- quzu  ətinə  nəyə  görə  belə  hərissən?

-Ə,vallah, qəribə  sual  verirsən, qurd  nəyə  həris  olmalıdır  ki? Özün  bilirsən  ki,qurdunku  qoyun- quzudur. Onsuz  Qurdun  yeməyinin  nə  dadı, nə  tamı. Heyif  deyil, həmişə  qoyun- quzu  tutub  parçalayasan.

  Aradan  aylar  keçmişdi. Bir  toyda  iki  qonşu  yanaşı  düşmüşdülər. Süfrədə  toyuq  ( onda  hələ  "quş  qripi" dünyanı  ağzına  almamışdı )  ətinin  kababından. soyutmasından, qızartmasından  barmaq  qoymağa  yer  yox  idi. Fərzəli  dayanmadan  araqdan  vurub, toyuqdan  yeyirdi. Qabaqda  dəyərli  oxucularıma  ərz  eləmişdim   ki, Fərzəli  yeməyi  canavar  kimi  yeyir.

  Fərzəlinin  iştahasını  görüb, özünü  saxlaya  bilməyən  Məmməd  ona  dedi:

- Qonşu, deyəsən  tülküləşirsən  ha?

  Məmmədin  "tülküləşirsən, ha" sözündən  Fərzəli  bərk  tutuldu. Məmmədə  ağır  söz  demək  istədi, amma  deyə  bilmədi. Çünki  iri  bir  budu  gəmirirdi. Fərzəlinin əsəbləşib  pörtdüyünü  görən  Məmməd:

- İncimə qonşu, elə  tülkü  də  qurd  kimi  didib- parçalayandı  dana.

 Ağzındakı   iri  tikəni  çətinliklə  udan  Fərzəli:

-Haqlısan  qonşu,- dedi  və  əlini  yenidən  iri  bir  buda  tərəf  uzatdı.

  

Məhərrəm  Şəmkirli

 

  1996-cı  il.     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam