Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“BİLGİ “ LÖVHƏLƏRİ

 Yenixeber.org:

 

Vəzifə başında qırmızı kostyum geyinən Xoruzun tərifi

 

Çətinə düşəndə Sabiri andım,

Ruhuyla görüşdüm, Ruhu şad olsun.

“Məmləkət satanı” bir dayaq sandım,

Satirik ustaddır, Ruhu şad olsun.

Titrəyə-titrəyə göründü gözə,

Əlləri döşündə söylədi Mirzə:

-Yazdığım misralar həmişə tərdir,

O, şahən-şahadır, zəmanəyədir.

Bu gün də təzədir, şehi üstədir,

Düzgünə, əyriyə zəmanəyədir.

Dır-dığa doluşub kasıb “ BİLGİ”-yə,

“Şapka”lar, “faiz”lər meyarlarıdır.

Cəlladtək cumublar yetim “BİLGİ”-yə,

Tülkünün dərisi libaslarıdır.

Mayası xarabdır, qat-qarışıqdır,

Qaparlar, didərlər “haqq”dan eyləsən.

Dilindən, dinindən uzaqlaşıbdır,

Çalış uzaq dayan belələrindən.

Kötükcəm Sizdədir, ağlı başında,

Beş-altı misraya mətəlmi qalar.

Xəzinəm ondadır, Alı sazında,

Yandıra-yandıra yolunu tapar.

Götürüb sazını Misri üstündə,

Görək nə söylədi kötükcə bizə:

-Cəzamı verdirmək istəsən əgər,

Yolunu “gözləyir” müstəntiq Eldar.

Qorunmaq istəsən “böhtandan” əgər,

Dadına “yetişər” məhkəmə Xanlar.

 

Yeddi ay təmamən gözümü yumdum,

Dedilər gədasan, vermədim qulaq.

Abrıma büküldüm, dinmədim, susdum,

Sakitcə işləyək, mehriban olaq.

 

Dilinə yiyəlik edə bilmədin,

“Şapka”nı, “faiz”i itirən andan.

Qudurub hürüdün, anqırıb dedin:

-İşləyə bilmirsən rədd ol buradan.

 

Sürüşgən varlığın başında yaylıq,

Qədimdən sayılmış, cütüynən olur.

Tüklərin sandadır başında yaylıq,

Deyə bilərsənmi bu nədən olur?

 

Vay-şivən qopardın küçəbə-küçə:

-Ay haray qoymayın BİLGİ dağıldı.

Varmıdı dağıla ay ucuz gədə,

Mundar əməlinlə dilin dağıtdı.

 

Görünür pul üşün yerikləmisən,

Tel elə canana qaytar taxtına.

Dözmürsən cəfaya qəribsəmisən,

Pərvanə sayağı fırlan başına.

 

Rəqqasə alagöz xanım olanda,

Sazəndə sənin tək ulaqdan olar.

Dirijor, bəstəkar Xoruz olanda,

Tozanaq qaldırıb qor-qoduq oynar.

 

Sənintək mənliksiz küt beyinlərin,

Kəsibdir yolunu “XƏZİNƏ” Həsən.

Sahibsiz it kimi fal udanların,

Saxlayıb payını türmədə Həsən.

 

Şirinli zamanda olduğu kimi,

Bu il on miyonu uda bilmədin.

Enerji pulunu mükafat kimi,

Sağına-soluna səpə bilmədin.

 

Sənəd oğurlamaq fikrinə düşsən,

Əbəsdir, surəti çoxdan məndədir.

Sirrli açarını tapmaq istəsən,

Axtarma, itiyin çoxdan məndədir.

X X X

Gəmidə, BİLGİ-də palaz qalmadı,

Cır-cındır udmaqdan qarnın doymadı.

Zəhmətsiz qazancdan gözün doymadı,

Oğurluq yolunu sənət çeçmisən.

 

Zəvzək danışmağı, şarlatanlığı,

Ara qarışdırmağı, kor fatılığı,

Yalanlar uydurub, sayaqlamağı,

Həyatda özünə peşə seçmisən.

 

Dişin qandal olub mundar əlinə,

Dilin bəla olub ömür-gününə,

Tamah dartır səni türmə elinə,

Eşafot yolunu özün seçmisən.

 

Əllini keçmisən ağarıb saçın,

Bilinmir danışan arxandır, başın,

Məslət dayağın yaşılgöz-bacın,

Yaltağı özünə sirdaş seçmisən.

X X X

Üstündə, yanında oturan bəylər,

Gündə bir tərəfə qovurlar səni.

İşini əlinə al deyən bəylər,

Gicbəsər yerinə qoyurlar səni.

 

Olsa da palanın saysız diplomdan,

Uzundur qulağın, yekədir başın.

Zaşitan yazılmış “şapka”dan, “haqq”dan,

Qatırin kəlləsi, ya sənin başın.

 

Verib tərifini elmi rəhbərin,

Yaramaz gədanın dal ayağısan.

Dirənib durmusan üzünə şefin,

Şeytantək varlığın sən oxşarısan.

 

Bir belə ülamə, falabaxanla,

Bilinmir BİLGİ-də karatın sənin.

Gülüşün, geyimin, sir-sifətinlə,

Verilər Şəkidə qiymətin sənin.

 

Dekabr 1997-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam