Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

İNSANIN ƏCDADI KİMDİR ?

 Yenixeber.org: Əlaqədə olduğum vaxtlarda “Yazıcı” nəşriyyatında nəşr olunan kitablardan həmişə bir nüsxə mənə hədiyyə verilirdi. Həmin kitablardan biri də Kərəm Qurbanovun 2015-ci ildə yenicə nəşr olunan “SEÇİLMİŞ ŞEİRLƏR” kitabı idi. “Söz sənətinin sahibi şairlərdir” adında yazımla “Xeberinfo.com” saytı vasitəsilə 27.03.2018-ci il tarixdə çıxış edərək kitab haqqında fikrimi bildirmişəm.

Təkrar olaraq bu mövzuya qayıtmaqda məqsədim həqiqəti olduğu kimi oxuculara catdırmaqdır. Adı cəkilən həmin kitabın “MƏNİM TANRIM” (s.79) adında şeirin ilk on misrasını oxucuların diqqətinə catdırıram:

Deyirlər ki, Adəm olub atamız,

Adəmdən yaranıb Həvva anamız.

Bir kökdənik bu dünyada hamımız?

Mən deyirəm: -Deyilənlər yalandır,

Mənim Tanrım atamdır və anamdır.

 

Görmüşükmü kecmişlərdən qalanı?

Ta qədimlərdən uydurublar yalanı,

Ora-bura yozmayaq biz olanı.

Yaradanım nə Adəmdir, Həvvadır,

Mənim Tanrım atamdır və anamdır.

 

Zorla sözləri bir-birinə yamamaqla, geydirməklə yazılan şeir oxucu üçün maraqlı olmur. İkincisi, tarixi faktları və elmi ədəbiyyatı araşdırmadan həqiqəti bilmək

mümkünsüzdür. Oxucuların diqqətinə bir cəhəti çatdırım ki, mən dindar deyləm. Əvvəlki çıxışımda K.Qurbanovu bir qədər tərifləmişdim ki, qəlbinə dəyməyim. İndiki çıxışımda da onun xətrinə dəymək fikrim yoxdur. Ancaq həqiqəti deyim ki, şeirin məzmunu bir yana qalsın, Adəm və Həvvanı inkar edən Kərəmdən soruşuram, bəs ulu insanın yaradıcısı kim olub?

Allah sözü Azərbaycan dilinə Tanrı kimi tərcümə olunur. Şeirdə yalan kimi qələmə verilən Adəm və Həvvanı Tanrıdan ayırmaq mümkündürmü? Şeirdə Yaradanın yaratdığı Adəm və Həvva rədd edilir,3-cü beşlikdə isə “ Yaradana hörmət edin, amandır” la haray qoparan şair axırıncı 5-likdə “Kərəm, səni eşidənlər qanandır”la tərifləyəndə görəsən qalan oxucuları nə hesab edir? Mən ilk əvvəl onun tərcümeyi halını mütaliə edəndə Kərəmi B.Vahabzadə kimi görmək istəmişdim...

Əgər “Seçilmiş şeirlər” bu məzmunda köklənibsə seçilməmişlər görəsən hansı məzhəbə kökləniblər?

Ziddiyətlə dolu bu “şeir” müəllifə heç də şöhrət gətirmir.

“QURANİ-KƏRİMİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ” ( Ərəb dilindən tərcümə edənlər Z.M.Bünyadov,V.M. Məmmədəliyev)- “Qismət”,2004.

2.əl-Bəqərə surəsi.(Mədinədə nazil olmuşdur, 286 ayədir) 33.(Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!” dedi....35. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm,sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən,istədiyiniz

kimi, bol-bol yeyin,yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.

76. əl-İnsan surəsi (Məkkədə nazil olmuşdur,31 ayədir)

1.İnsanın elə bir dövrü olub keçmişdir ki, o,xatırlanmağa layiq bir şey olmamışdır!(Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanan olmasın?! Əlbətdə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır.İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də özü bilmirdi. Tədriclə mələklər və o özü nə üçün yradıldığını anladı).2. Həqiqətən, biz insanı ( sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu ( dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. 3.Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun,istər nankor (bu onun öz işidir).4. Kafirlər üçün zəncirlər,qandallar və alovlu bir atəş hazırlamışıq. 5.Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər...

İngilis təbiətşünas alimi Darvin Çarlz Robert 1871-ci ildə təkamül nəzəriyyəsinə dair “İnsanın mənşəyi və cinsi seçmə” adlı üçüncü əsərini nəşr etdirdi;Darvin həmin əsərində insanın fiziki və psixi əlamətləri onun ücün və müasir meymunlar ücün ümumi olan əcdadın mənşəyini

sübut edir (ASE c.ııı,s.337). Beləliklə Ç.Darvinin əqidəsincə ingilislərlərin meymunlarla ümumi olan əcdadının mənşəyi məlum olur.

Dünya miqyasında insanlar avropoid, neqroloid və monqoloid kimi üç irqə bölünübdür. Bir milyardlıq əhalisi olan müsəlmanlar isə müsəlmanoid kimi hesaba alınmayıb insan kimi sayılmırlar. Sayılmamaqları bir yana qalsın, yüz minlərlə müsəlmanı Böyük Orta Şərqdə quduzlaşmışlar qətlə yetirirlər. Qətlə yetirmə bu gün də davam edir.

Elmi ədəbiyyatda Adəm (insan)-iudaizm,xristian və islam dinlərinə görə ilk insan, ilk peğəmbər. Adəmi Yaradan torpaqdan yaratmış və bütün insanlar Adəm və Həvvadan törənmişlər.(ASE c.I, s.119).

ADƏM- rəvayətə görə Yer üzündə ilk insan, ilk peyğəmbərin adı.

Yaradan və İnsan haqqında yazarlara sözüm budur ki, Kərəm Qurbanov kimi gözünü yumub “Adəm və Həvva” yalandır ifadəsini işlətməsinlər. Bu haqda yazanda elmi və dini ədəbiyyata nəzər yetirsələr yazdıqları əsaslı,daha maraqlı və keyfiyyətli olar.

Mən başa düşdüyüm odur ki, Adəm və Həvva haqqında fikir yürüdənləri oxucular onda yaxşı başa düşərdilər ki, ilahiyyət elminin incəliklərinə bələd olan Mirzə Əbddürrəhim Talıbov (Talıbzadə) Təbriziinin (1834-1911) Məhəmməd peyğəmbərin həyat fəaliyyətini əks etdirən “SƏMA ELÇİSİ” əsərini oxuyub mənimsədikdən sonra

sübutlarla cıxış etsələr və özlərini kifayət qədər dərin bilgi sahibi kimi tanıtnmış olar və və dərk edilərdilər.

Mən də Adəm və Həvva haqqında “QURANİ KƏRİM”də yazılanın tərəfdarıyam ki, ilk insan torpaqdan yaranıb. İnsan ondan qidalanıb inkişaf etmiş, möcüzələr yaratmış və dünyasını dəyişəndə də əmələ gəldiyi torpağa qarışmışdır və müasir həyat da beləcə davam edir.

Ç.R. Darvindən və K. Qurbanovdan fərqli olaraq mən yazılı mənbələrə əsaslanıb demək istəyirəm ki, biz insanların əcdadı Yer kürəsi üzərində ilk insan, ilk peyğəmbər olan Adəm və onunla bahəm olan Həvvadır.

Anlamaq lazımdır ki, bizim inanc yerimiz, qoyulmuş qaydaların yerinə yetirilməsində aparıcı bilgi mənbəəmiz Qurani-Kərimdir. Mən Qurani-Kərimə münasibətimi “TAHİR EYLƏDİ” fəlsəfi şeirimdə bildirmişəm və şeir ”xeberinfo.com” saytı vasitəsilə 23.04.2018-il tarixdə yayımlanaraq 7472 nəfər oxucu tərəfindən mütaliə olunmuş və oxunma davam edr.

“Kim Quranı oxuyar,əzbərlər, halal buyurduğu şeyi halal qəbul edər, haram buyurduğu şeyi də haram qəbul edərsə Allah, həmin şəxsi Cənnətə salar.”

Hz. Məhəmməd

 

Quliyev Elxan Sarı o. sentyabr 2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam