Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

SƏN İLAHƏSƏN

 

 

 

 

 

 

 

 

Yenixeber.org: Lüğətdə ilahə- qadın Allah, sənəm, dilbər, şeir pərisi kimi izah olunur

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Olanı görməsəm gözdən olaram, 

Düzünü deməsəm dildən olaram,

Gözəli seçməsəm dərkdən olaram,

Baş əyib varlığa düzü yazılır:-

Elində şəriksiz sən İlahəsən .

 

Butasan hələlik açılmamısan,

Körpəsən neyləyək dərilməmisən, 

Kövrəksən yaxaya sancılmamısan,

Ümidli bəyimə dilək yazılır:-

Vətəndə qüsursuz sən İlahəsən.

 

Atanın-Ananın adil fəxrisən,

Zamanın gücüsən, zamin qüvvəsən, 

Haraya çatansan,murad verənsən,

Qayğıkeş ünvana xilqət yazılır:-

Vuruşda amansız sən İlahəsən.

 

Mənəvi əxlaqın qaydasındadır,

Əzəli saflığın mayanızdadır, 

Dərinli anlaqın sayqınızdadır,

Saflığın yolunda xəbər yayılır:-

Sınaqda münsifsiz sən İlahəsən.

 

Ümidsiz insana ilham verənsən, 

Xalq ücün çətində candan keçənsən,

Həqiqət naminə risqə gedənsən,

Tanınmış Bəyimə uğur yazılır:-

Xidmətdə seçimsiz sən İlahəsən.

 

Dərkində dərinsən, söz eşidənsən,

Unutqan deyilsən qədir bilənsən, 

Vətənçün dəyərsən, milli sərvətsən,

Surətin görünmür dastan yazılır:-

Zəhmətdə biçimsiz sən İlahəsən.

 

Tək Bəyim çağrışnan hörmət taparsan,

Şöhrətli adlarla ömür sürərsən, 

Pərişan olmazsan nurla yaşarsan,

“Ölümü öldürüb” ad, san qazanır:-

Ölkədə oxşarsız sən İlahəsən.

 

Bənzərin vardırmı varlı diyarda?

Oxşarın olarmı cəmi məkanda? 

Surətin qalıbmı poemalarda?

Var olan həqiqət saytda yazılır:-

Önəmdə sorğusuz sən İlahəsən.

 

Kicik arayış: Lüğətdə xilqət-yaratma, yaradılış, mentalitet; anlaq-düşüncə, dərrakə; sayıq-gözüaçıq, ehtiyatlı, hər şeyə diqqət yetirib izləyən, sayıqlıq; nur-aydınlıq, işıq, parlaqlıq, Quran surələrindən birinin adı; önəm-əhəmiyyət, diqqət, xeyir, fayda

Quliyev Elxan Sarı. 24.07.2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam