Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

(Sevərək ölümü haqq edən aşiqlərə ithaf edirəm)

(Sevərək ölümü haqq edən aşiqlərə ithaf edirəm)

 

 

Haqq etdin ölümü ey sevən aşiq,

Özünlə eşqini torpağa gömdün.

Bir ömür qəlbini hey yeyən aşiq,

Eşqinə bələnib məzara döndün.

 

Son nəfəs anında nələr düşündün,

Vəfasız birinə söyləmək üçün.

Kim bilir, neçə kəs necə üşündün,

Can alan mələyi görməmək üçün.

 

Qəlbinə yük oldu eşqin daşıda,

Dünyadan köçəndə aparmaq üçün.

Sevgini ruhunda indi daşı da,

Xəyalət sevgini  axtarmaq üçün.

 

Yaralı qəlbinlə hesab sormadın,

Bu illər uzunu  sən necə dözdün?..

Yoluma əngəllər heç daş qoymadın,

Dərdini  illərcə sən necə çözdün?

 

Ahınla qızcığaz xöşbəxt olmadı,

Çürütdü ömrünü vəfasız  kimi.

Taleyi qaraya xoş vaxt olmadı,

Bir ömür yaşadı səfasız kimi.

 

Qınadı özünü bir ömürboyu,

Qürurum sevgimə əngəldi deyə.

Toy deyil yas idi, çalınan toyum,

Mənliyim eşqimə dəng gəldi deyə.

 

İstədim haqqını halal edəsən,

Çiynimdə yukümü azaltmaq üçün.

Danlayıb qarşında yaman edəsən,

Haqq olan səsini ucaltmaq üçün.

 

Tərk etdin həyatı vida etmədən,

Çözülməz hesabı beləmi sordun?...

Bir səsin çıxaydı öncə getmədən,

Çiynimin üstünə ağır yük qoydun.

 

Ağlasam, nə deyib oxşayım səni?

Vəfasız könlümü ovutmaq üçün.

Mən necə unudub boşlayım səni,

Bu yanmış qəlbimi soyutmaq üçün.

 

Sən qara sevdalı, başı havalı,

Diriykən ölüydün yaşamadın heç...

 Qəlbinlə, könlünlə həm də vəfalı,

Bu yükü boşuna daşımadın heç...

 

Bu fani dünyada yerin olmadı,

İndisə məkanın qoy cənnət olsun.

Boş  qalan o qəlbin heç vaxt dolmadı,

O, əğyar  birinə qoy minnət olsun!!!...

Təranə  Şəms.26.02.2018


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam