Ocağın Ruhsal Başçısı Safruhu dinləmə - OCAQ MÜTƏFƏKKİRİ OLMAQ
"Xeberinfo.com": Uşaqların ağlını inkişaf etdirmək. Mümkün qədər aşağı yaşlardan təhsilə yönləndirmək. “Rossiyskaya qazeta”da yenə bir şey oxudum - adamlar getdikcə daha çox uşağı, xüsusən aşağı sinifləri ev təhsilinə ayırırlar. Sonra istedadları inkişaf eləsin, ağlları sürətlə inkişaf eləsin, yeni şey tapsın; bunlar hamısı insanların həyatını ya birbaşa, ya dolayısı ilə yeyinləşməyə (sürətə) kökləyir. Bunun da kökündə əslində düşmənçilik dayanır. “İnsan insanın düşmənidir” məntiqi dayanır. Mənim bu sözümün üstünə gələn olmayacaq, təsdiq edən olmayacaq – bu, belədir, amma mən bunu açıq görürəm, bu, belədir. Onun kökündə insanın insana inanmaması var – düşmənçiliyi var. Düşmənçiliyi olmasa da, dostluğu da yoxdur. Hər hansı qardaş-bacı, ailə, sevgili, gözəl xanım, ərdəmli kişi – bu psixologiya yoxdur o axtarışlarda, o yürüşlərdə. Əslində insanlar ömürlərini qoymağa yer tapmırlar, amma 2 yaşdan, 3 yaşdan bunu oxumağa öyrədir. Deyir ki, mənim qızım 2 ya 3 yaşındanmı oxumağı bacarır. Biri də bir qəzetdə deyir ki, filankəsin qızı Quranın filan qədər ayəsini əzbər bilir – 3 yaşındadır uşaq. Bunlar hamısı – uşaqları məktəbdən götürüm, özüm təhsil verim, mümkün qədər aşağı yaşlardan buna təhsil verim, mümkün qədər bunun istedadı inkişaf etsin, mümkün qədər sürətlə inkişaf etsin, mümkün qədər şoxlu pul gətirən işlərə qoşulsun – burada dəhşətli düşmənçilik və dəhşətli qovhaqov var.
***
Biz Mütləqə İnam Ocağı, Ruhaniyyat Ocağı olaraq, bu qovhaqovu, onların dediyini, dediklərindəki səmimiyyəti, ciddi elmi axtarışı-filanı dəyərləndirməliyik, özümüz üçün ölçüb-biçməliyik. Cünki onların dediyi axtarış – bu elmi-filan nəticələr gərəkdirmi? Nəyə gərəkdir? Biz onu gətirməliyik o yerə qədər ki – minbir oyun düzəlt insana, ona içməli su gərəkdir. Mən yaşamalıyam bir insan kimi və bunların elmi, texnoloji, kibernetik, internetik kəşflərinin çox cüzi dəxli var bunlara – suya, çörəyə, ota, havaya, qardaşlığa, dostluğa, salama, anadan olmağa, yaşayıb ölməyə . Onların axtarışlarının mən belə düşünürəm ki, xeyrindən cox, zərəri var. Çünki o axtarışlarda heç kim qayıdıb yanındakına baxmır ki, görəsən, bu, niyə kədərlidir? Əgər qayıdıb baxırsa, qayğı da göstərirsə, bu, daxildən gələn şey deyil, bu, funksiyadır, vəzifə yerinə yetirməkdir. Hə, buna da bu gərəkdir fərz eliyək ki, məsələn, qocalar evi açaq, çolaqlara dövlət vəsait ayırsın – bunlar yaxşı şeydir, funksiyadır. Bunlar ürəyin ülvi və üzvi oyanışları deyil. İnsanın insana sevgisi, sayğısı, inamı deyil bunlar. Onların öyrətdiyi, tərbiyə elədiyi nəysə mənə yaxşı bir şey kimi gəlmir.
***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
Ocaqda hər hansı bir şeyi qiymətləndirəndə, ya təkzib edəndə, qınayanda özümüzün münasibətimizi, sevgimizi, axtarışımızı bildirəndə, bax, həmin qayğları ağlımıza gətirməliyik. İnsana nə gərəkdir? Doğrudan- doğruya Azərbaycana – elə hər dəfə də danışanda Amerkadan misal gətirirlər, Türkiyə verlişlərində də elədir – Amerkada inkişaf belədir... Bizə doğrudanmı Amerİkadakı kimi inkişaf gərəkdir?! Bizə Amerkanın düşmənçilik eləməməsi gərəkdir. Amma bizim Amerkaya oxşamağımız bizə gərək deyil. Bizim peşman olmağımıza, çopurlaşmağımıza, sıradan çıxmağımıza, təhrif olunmağımıza gətirib çıxaracaq bizim Amerkaya oxşamağımız. Mən Amerka həyatı haqqında eşidirəm, heç vaxt ürəyimdən belə bir istək keçməyib ki, biz də elə olaydıq. Bir dəfə də belə bir duyğu yaşamamışam. Orda hərənin bir maşını var, iki maşını olan var, heç yuxuma girməyib ki, bizdə də kaş hərənin bir maşını olaydı, heç olmasa iki adamın bir maşını olaydı.
Bir də uşaqların məktəbdən götürülməsi ki, evdə təhsil versinlər. İnsanın insana inamı ölüb, qorxur o, uşağı üçün. İnsan insan üçün əjdahaya dönüb. Allah yox, qanacaq yox, utanmaq duyğusu yox, yalnız qanundan, cəzadan qorxma məsələsi var. Ona görə uşağını məktəbə vermək insanlar üçün onu meşəyə buraxmaq kimidir. Meşəyə buraxmaq duyğusu var onların içində, çünki özləri meşə əhlidir axı. Yaxşı, aşağı sinif təhsilini hamı bilir?! Ya deyir Rusiyada 100 min ailə onunla məşğul olur, statistikası gedir, a kişi, onun. Amerikada hər il gəncilərin 5-7%-i orta ümumtəhsil məktəblərindən ayrılır, ailə təhsilinə cəlb olunur. Hamınız müəllimsiniz?! Nə təhər oldu hamınız müəllim oldunuz?
Uşaqları bir-birindən ayırırsan, bunlar bir cəmiyyətdə ünsiyyətləşmirlər, bir-birinə ehtiyac hiss eləmirlər, təcrid olunurlar. Onlar bir cəmiyyət olmayacaqlar. Onlar həmin canavar instinkti ilə - intəhası diplomlu canavar, təhsilli canavar instinkti ilə yaşayırlar. Heç qəti olaraq insanın insana ilıq duyğusu olsun, onunçün darıxsın – o söhbətlər yoxdur.
Bax, biz insanlara Ocaq olaraq, ruhani qurum olaraq onu deməliyik – biz milləti nə üçün istəyirik?! Millət bizim doğma mühitimizdir. Biz yuxuda Amerika sayaq yuxu görmürük, Türk sayaq görürük, öz xalqımız sayaq yuxu görürük, pis-yaxşı. Biz öz xalqımız kimi olmaq istəyirik, ona görə də xalqımızı istəyirik. Daha biz xalqımızı istəmirik ki, çox inkişaf eləyək, çox qabağa gedək, nə bilim, telefonla filan eləyək, idarə eləyək. Anlamıram. Bu cür qovhaqov, yüyürhayüyür, hədsiz dərəcədə telefon istehsalı, artımı...
***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
“Elçi” qəzetində bir yazı oxudum: əmisi oğlu zorladı, atasının dostu bundan istifadə elədi və apardı satdı qızı. Ordan onu satır Bakıya, Bakıdan aparır satır İstanbula, İstanbuldan onu aparır bir evdən başqa evə satır, ordan aparıb PKK- ya satır qızı. Orda da başına müsibət açılır, nə olur, ordan necə çıxır, çıxmır. Ərə gedir, ərinə deyir ki, mən belə vəziyyətlərə salınmışam. Əri də deyir ki, qəbuldur. Niyə qəbuldu deyir? Çünki bu saat buna bir qadına yetmək lazımdır, qəbul eləyir, 3-4 aydan sonra dönür ilana – sən onlarla kişi görmüsən – deyir. Bu da deyir – sənə dedim də. Və ordan da məcbur olur qaçır. Yüz yerə baş vurur, axırda Azərbaycan səfirliyinə gedir, oradan bunu qaytarırlar Azərbaycana. Azərbaycanda deyirlər görən bu kimlərdəndir? Bu da balacaykən anası bunu buraxıb – uşağı, gedib ayrı ərə. Atası da deyəsən ölüb, bu uşaq qalıb əmisigildə, əmisinin öhdəsində. Orada da ona nə münasibət göstəriblər, yəni qulluqçu kimi, balaca uşaq, heç baxmayıblar.
Sonra deyir ki – Türkiyədən buna imkan yaratdılar qayıtsın Azərbaycana – elan verdilər televiziyonda, orda- burda, anası görür ki, bu, onun qızıdı, o verlişə gəlir, bu qızla görüşür. Qız danışır, hiss elətdirirdi ki, məndən pul umur, elə bilir ki, mən bu yollara getmişəm pullanmışam – o, məndən pul almaq üçün gəlib, deyir.
Qardaş, bu cür adamlar uşaqlarını tərbiyə eləyirlər, məktəbdən alırlar, özləri tərbiyə eləyirlər, hamı özü tərbiyə eləyir.
***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
Mən deyirəm ki, Ocaq dünyanı cəmiyyətin başına dar eləməlidir! Uşaqları qoyun uşaqlıq eləsinlər! Siz özünüz hələ yetkinləşməmisiniz, siz özünüz mənəviyyatsızsınız, siz özünüz savadsızsınız, siz özünüz yırtıcısınız! Qoy uşaq uşaqlığını eləsin! Sizin əsas xidmətiniz o olar ki, o uşaqlara baxıb onların üzündən tərbiyə alarsınız, nəcibləşərsiniz, Allahı yadınıza salarsınız. Uşaqları tez təhsilə öyrətməyin, tez yükə öyrətməyin, qoyun uşaqlıq eləsinlər! Zəmanə səhv eləyir, yüyürə-yüyürə yaşamaq olmaz! Sevgini xəstəlik elan elədiniz! İnsanların bir təsəllisi vardı, bir-birini istəməyi vardı, o duyğu onu tərbiyə eləyirdi, xoşbəxt eləyirdi, böyüdürdü onu, mərd eləyirdi onu.
***
Bu gün Hegeldən bir yazı oxudum, deməli, yunanların qadın-kişi sevgisi ilə almanların qadın-kişi sevgisini müqayisə eləyir. Deyir ki, yunan mədəniyyətində bütövlüyü, böyüklüyü ilə yanaşı, onda həmişə bir çatışmazlıq olub – orada kişi- qadın münasibətinə heç vaxt mənəvi yanaşılma olmayıb. Almanlarda mənəvi yanaşma olub. Ona görə də deyir, bir alman deyəndə ki, mən bir qızı sevdim, ondan ötrü bu işləri gördüm, illərlə gözlədim, filan çətinliklərə getdim – deyir, bunu yunana danışanda qəribə gəlir. Doğrudan bir qadına sevgidən ötrü bunları eləmisən?!
İndi o duyğular yoxdur. Elə Hegelin özünün vətənində, Getenin “Gənc Verterin iztirabları” romanı var – belə romantik sevgiylə sevən Verter adında oğlan, elə güclü Şərq sayaq sevgi... Sonra da deyir ki, Gete özü həmin məsələdən, həmin o cür sevgi məsələsindən tezliklə vaz keçir və başqa cür yaradıcılığa dönüş əmələ gəlir, Verterçiliyin alman gəncləri içiərisində yayılmasının qabağını alırlar.
***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
İndi Ruhaniyyat, Bədiyyat, Fəlsəfə insan cisminin dalıncamı getməlidir? Yoxsa insan cismi, cinsi Ruhaniyyatın, Bədiiyyatin, Fəlsəfənin qanadının altındamı olmalıdır?
Ruhaniyyat Ocağı öz yerini müəyyən eləməlidir! Asif Atanın Mütləqə İnam Ocağı müəyyən eləməlidir ki, bu iki yönün hansında olmaldır – cisim, cins Bədiyyatın, Fəlsəfənin, Ruhaniyyatın dalınca getməlidir, onu eştməlidir, yoxsa bunlar cismə, cinsə qurban verilməlidir.
O gün televizorda kimsə deyir, elm o qədər inkişaf eləyib ki, adamlar Marsda villa tikmək barədə düşünürlər.
İndi burada çox ciddi düşünmə yeri var məncə. Mən deyirəm insan Yer hadisəsidir. Başqa planetdə bu insan insan olmayacaq. Burdan getsin orda villa tiksin, nə məqsədi var? O insanın özünün ümumiyyətlə, yaşaması nəyə gərəkdir?! Ümumiyyətlə, onun özünün yaşaması heç nəyə gərək deyil. Yalnız özü yaşamaq istəyirsə, yaşasın – başqa planet nə olan işdir? Burda niyə yaşamırsan? Burda hansı səviyyəyə çatdın ki, indi ora gedirsən, nə məna verir axı o?! Hesab elə ki, qardaşın getdi Ayda yaşamağa. Nə qardaşdır bu?! Bu, nə həyatdır, nə xalqdır, nə deməkdir?! Yoxsa o cür insanlar olsun, bizim millətimiz o cür insanlar olsun, ümumiyyətlə, biz o insanlar üçün çalışaq. Gülünc bir şeydir, heç kəs o millət üçün çalışmayacaq. Mən deyirəm ki, o zərurət aradan qalxır. Bəs tərəqqi nəyə gərəkdir və nəyə nail oldu? İnsanlar nəyə nail oldular? Bunları yırtıcılıqdan nə qoruyacaq?
Sonra, Sabribadda o arvad ki, ərini öldürür, baxdım bugünkü “Teleqraf” qəzetində, televizorda da göstərirdilər – qadının əri Qazaxıstanda xırda alverlə məşğul olur, evinə pul göndərir, sonra gəlir evinə, 2011-ci ilin axırlarında. Buna hardansa çatdırırlar ki, arvadın o şəhərdə bu şəhərdə sənin qardaşınla, filanla, kimnən gəzir. Nə isə gəlir evinə... Arvad danışır ki, qardaşıyla dalaşdılar, onunla dalaşanda baltayla ərimi vurub öldürdüm. Vurub öldürür, tikələrə bölür, selofana bükür, skoçlayır, ərinin evində zirzəmidə basdırır. İl yarım qalır orda. Bu hadisədən dörd ay sonra həmin qardaş da öz əcəliylə ölür. Onda deyillər, ay balam, bu qardaş niyə ölən qardaşının yasına gəlmir? Arvadı deyir ki, zəng vurmuşdu, deyir əlim aşağıdı, gələ bilmədim. Onlara da zəng vurmağa utanıram. Sonra bundan ölənin bacısı şübhələnir, onun telefon nömrəsini alır, zəng burur Qazaxıstana. Orada onu tanıyan adam deyir ki, 2011-ci ilın axırlarında gedib, ondan sonra gəlməyib. Ondan sonra bacı polisə xəbər verir ki, axtarış olsun. Ora-bura, axtarıb meyidi tapırlar, qadını da tuturlar.
İndi bu adamlardır da, bəzilərinin sirri açılır, bəzilərininki açılmır. Bəzisi cinayət eləyir, bəzisi cinayətsiz keçir. Yaxşı, bunların Ayda yaşamasının nə mənası var?! Kim sevinməlidir ki, bunlar getdilər Ayda yaşadılar, ulduzda yaşadılar? Nə deməkdir bunlar? Bunların qiyməti nədədir, gözəlliyi nədədir?
Elə bir şey yoxdur!
***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
Amma Ocaq - Mütləq İnsani gözəllik Ocağıdır. Mənə Mütləq gözəlliyini göstər! Mütləq gözəlliyini! Oyun oynama mənimlə. Bax sənin o yazın axtarışıdır – fəhmlə, uşaq fəhmiylə – onun axtarışıydı.
Bir halda kı, mənə belə baxırlar, gərək elə olum. Olmadı axı! Olmadısa, ruhdan düşmür adam. Adam deyir ki, bax, mən onu axtarıram, mən o cür insanlıq axtarıram. Sən də olmadın. Neynəyim? Hamısı istəyirdim olsun, olmadı. Mən həmin Mütləqi axtarıram. Ona görə yaşayıram, ona görə həyat mənim üçün gözəldir, mən Mütləqimi axtarıram.
Ocaq onu deməlidir insanlara. Ocaq belə şeyləri deyəndə, onda dünya cəmiyyətin başına dar olar. Cəmiyyət də – Mütləq həqiqət var, Allah var, Eşq var, dostluq var, qohumluq var, kişi var, qadın var – əhvalı ilə də fərdləşər, fərdlərə ayrılar. Ocaq olaraq gərək qoymayasan ki, mazut kimi yapışsın bir-birinə, kir kimi, bit kimi.
***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
O axtarış çox müqəddəs axtarışdır. Mən sənə niyə heyran olmalıydım?! Heyran oldum sənə, gəldim elə bildim işıqsan! Gəlmişəm ki, it iyi verirsən! Gözümü açıram ki, it iyi verir! Neyləməliyəm? Özümü öldürməliyəm? Özümü öldürməyəcəm, səni də öldürməyəcəm. Allah vurub səni! Axtardığım o deyilsən! Mənim xəyalım gözəldir, xəyalıma uyğun ol! Uyğun ola bilmirsən, qırağa dur! Yəni hər yerdə söz yiyəsi, hökm yiyəsi, həmin Mütləqi axtaran olmalıdır! Hökm yiyəsi – qiymət verən!
Bir ömrümüz var, onun da yarısını yaşamışıq. Ona görə də bir yoldayıq, bu yolda da gözəl yaşamışıq – yəni Yolun fəlsəfəsinə, ruhuna uyğun yaşamışıq, yaşamaqdayıq. Onun idrakına da yetmək ki, biz nəylə məşğuluq. Elə ola bilir ki, bilirsən adamlar onu dərk eləmir və zamanın, cəmiyyətin içində vahimələnir adamlar. Elə bilir ki, ömür boşa gedib, camaat guya ki, harasa gedib, bu da boşa gedib – elə düşünür. Camaat var?! Üzdən camaatdır – paltardır, qalstukdur, təzə köynəkdir, təzə evlənməkdir – içi ilan-qurbağadır. Halbuki bizə iç lazımdır, paltar lazım deyil, paltar ikinci dərəcəlidir. Ona görə Ocaq var – belə cəmiyyətin başına dünyanı dar eləmək – bu mənayla. Bu da gərgin, məhrumiyyətli həyat deyil. Mən bizim həyatımızı elə hesab eləmirəm, öz həyatımı elə hesab eləmirəm. Gərgindir, amma bu, camaatın düşündüyü gərginlik deyil – tez bu gərginlikdən çıxım, ayağım hara sürüşür-sürüşsün, təki bu gərginlikdən çıxım – elə yaşamaq yaşamaq deyil axı, heç adam həyatı deyil.
Hara baxırsan, alçaq, hara baxırsan, dələduz!
(“Teleqraf” qəzetindən oxuyur) “... Qadın deyir ki, filan müddətə, filan qiymətə sənə ərə gedirəm, kişi də deyir ki, hə mən də qəbul edirəm. Beləcə siğə baş verdi. Hər il Azərbaycandan təkcə Türkiyəyə əxlaqsızlıq məqsədiylə 2000-dən çox qadın aparılır. Ən təəsüsfedici hal odur ki, fahişəliyə başlama yaşı getdikcə azalır. Bəzi internet saytlarında, çatlarda müştərilərə 10-12 yaşlı qızlar təklif olunur. Bir çox hallarda isə təklifi bu yaşda qızların özləri eləyirlər. Ölkəmizdə qeyri-leqal fəaliyyət göstərən pritonların sayı-hesabı bilinmir”. Sonra bir yerdə də yazırlar ki – “... Avropa ölkələrində eynicinslilərin evlənməsinə, insanın öz iti, pişiyi ilə ailə qurmasına icazə verilir”.
Yaxşı, biz burda belə yaşamalıyıq, hələ gedib Ayda da yaşayaq?! Hanı o İnsan?! Biz də qabaqcıl ölkə olmaq istəyirik. Avropa ölkəsinə oxşamaq istəyirik. Bunun həyəcan siqnalını kim çalmalıdır? Orda siqnal çalırlar ki, biz geridə qalmayaq, tapdalayacaqlar, yeyəcəklər bizi, bir çəngə ot kimi dəvə alacaq ağzına, qaldıracaq göyə.
***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
Yaxşı, bəs mütəfəkkir nədən ötrüdür?! Ocaq mütəfikkiri olmaq! Ölsə də, diri qalsa da, mürtəce qələminə verilsə də, Ocaq mütəfəkkiri olmaq!
Ona görə özünü harada nə qədər çox avam görürsənsə, bil ki, orada haqlısan, nə qədər biclərdən, bədzatlardan geri qalırsansa, onlara uduzursansa, bax, sənin qələbən ordadır, Ocağın qələbəsi ordadır. Yoxsa biz də bir qohuma sataşaq, biz də bir kəndçinin qızını bədbəxt edək, sonra da əsər çap eləyək. Belə olmaz. Bütün dünya ilan kimi quyruğu üstə durub desə elədir – mən deyəcəm sənə də qadam, quyruğuna da qadam! Oçaq elə deməlidir.
Mənim haqlılıq duyğum, gözəllik duyğum, dostluq duyğum, qardaşlıq duyğum, bir qadına ərlik duyğum yüksək səviyyədə olmasa, bu əhvallarla yaşaya bilmərəm! Bir qadının əri ola bilmərəm – hər tərəfdən.Yəni o ləyaqəti yaşayıram, yaşadıram, sevirəm! Onları eləməsəm – bir qardaşın qardaşı olmaram, bir qızın qardaşı, bir atanın evladı olmaram. Mən sənə Safruh adı verirəm, mən də o adı qəbul eləyirəm, amma beş gündən, beş ildən ötrü yox, qəbul eləyirəm – həmişəlik. O olur Ocaq, o olur dünyanı cəmiyyətin başına dar eləmək.
Atamız var olsun!
Asif Ata Ocağının Ruhani Mərkəzinin İnam Evi
10 Çicək ayı, 36-il. Atakənd. (10 aprel, 2014)
Hazırladı: Nurtay və Uluruh Atalılar